“Niva Urban” və “Niva 2121” – fərqləri nədir? - FOTO

Son zamanlar sosial şəbəkənin Azərbaycan seqmentində bu 2 modelin fərqləri barədə bir-birinə zidd məlumatlar internetdə dolaşmaqdadır. Rus dilinin terminologiyasını zəif bilən, və ya bu dili ümumiyyətlə bilməyən vətəndaşlarımızın bu məlumatları yoxlamaq imkanı yoxdur. Bunu nəzərə alaraq hər 2 modelin əsas fərqlərini diqqətə çatdırmaq istərdik.
Avtosfer.az xəbər verir ki, hər 2 avtomobilin texniki adı eynidir: VAZ-2121. Köhnə model dediyimiz “Niva” 2009-cu ildəki cüzi restaylinqdən sonra “Lada Niva Legend” adı ilə satılır. “Urban” isə 2014-cü ilin yayından satışa çıxarılıb.
Qabarit baxımından ən böyük fərq uzunluqdadır. Legendin uzunluğu 3720 mm olduğu halda, “Urban”da 3640 mm-dir. Bu modelin 8 sm qısa olması manevr imkanını yaxşılaşdırır.
“Urban”ın köhnə modellərdən fərqi sükanda, salon dizaynında, kondisionerin olmasında və rəng seçimindədir. Hər 2 modelin kütləsi, mühərrik gücü və transmissiyası eynidir. Bamperin quruluşuna görə Urban bir neçə kiloqram yüngüldür və aerodinamika nisbətən yaxşıdır. Lakin bu, ümumi texniki göstəricilərə təsir etmir.
Nəhayət, sanksiyaların təsiri ilə hər 2 model sadə versiyada, yəni ABS, təhlükəsizlik yastığı və “Glonass” naviqasiya sistemi olmadan istehsal edilir.
Vüqar
Sürücülər bunu bilmir: 20 manat əlavə ödə, 10 min al
Məşhur bloqer oğurlanan superkarını internetdə gördü - Küçədə "drift" edərmiş
8 min manata “Hyundai”, 14 min manata “Prado”...
Avtomobil saxlamaq bahalaşır – Sürücülərin xərcləri artır
Azərbaycana gətirilən bahalı avtomobillərin sayı artdı - Rəqəmlər
“Mercedes” Almaniyaya investisiya qoyuluşunu dayandırır
Azərbaycanda Çinin seçilən markalarına zəmanət veriləcək
Şinlərin təzyiqi: Əksəriyyətin buraxdığı səhvlər
Bu maşınlar ucuzlaşacaq - YENİ QAYDALAR GƏLİR
Vəsiqəsiz şəxslərə avtomobil verənlərə XƏBƏRDARLIQ - VİDEO
Avropa məhkəməsi "MAZ" və "BELAZ"ın iddiasını rədd etdi
















