"Niva"lı avtoxuliqanlar saxlanıldı - FOTO

Mingəçevir Şəhər Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən şəhər ərazisində idarə etdikləri avtomobillərlə avtoxuliqanlıq hərəkətləri edən Zaur İsmayılzadə və Müslüm Hüseynov saxlanılıb. DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, noyabrın 16-da gecə saatlarında onlar idarə etdikləri 10 DP 123 və 10 GB 123 dövlət qeydiyyat nişanlı “Niva” markalı avtomobillərə mərkəzi küçələrdə davamlı olaraq ictimai qaydanı və əhalinin dincliyini nümayişkəranə şəkildə pozaraq, cəmiyyətə açıqca hörmətsizlik ediblər. Yol hərəkəti qaydalarını müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlərə yol verərək avtoxuliqanlıq ediblər. Digər hərəkət iştirakçılarının da həyatına ciddi təhlükə yaradan sürücülər yol polisi əməkdaşları tərəfindən saxlanılıb, barələrində inzibati qaydada protokol tərtib edilərək baxılması üçün Mingəçevir Şəhər Məhkəməsinə göndərilib.
Namiq

Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur












