“Niva”nın qalmaqal yaradan fotosu - FOTOLAR

Peterburq İqtisadi Forumunda “Niva Legend” (sadə dildə desək, klassik “Niva”) avtomobilinin restaylinq variantı təqdim edilib. Rusiya mediası bu yenilənməni kifayət qədər tərifləyib, ənənəvi olaraq maşının xarici analoqlarını qabaqladığını iddia ediblər. Təbii ki, ruslar bu ibarəni 50 ildir eşitdikləri üçün əhəmiyyət verməyiblər. Lakin, avtomobillə bağlı bir foto rusdilli sosial mediada ciddi müzakirələrə səbəb olub.
Avtosfer.az xəbər verir ki, avtomobilin ehtiyat təkəri yarıməsrlik ənənəyə uyğun olaraq mühərrik bölməsində yerləşdirilib. Lakin, əsas məsələ bu deyil. İş burasındadır ki, maşının ehtiyat təkəri “Pirelli”dir. Narazılıq da elə burdan başlayır.
Rusiyaya qarşı sanksiyalar başlayanda “Avtovaz” fəxrlə deyirdi ki, məhdudiyyətlər “Niva” istehsalına təsir göstərmir. Çünki detalların demək olar hamısı yerli istehsaldır.
Təxminən 3 il əvvəl Rusiyada ixracın əvəzlənməsi kampaniyası başladı. Bir çox istehsalçı xaricdən alınan komponentləri ya yerli istehsalla əvəzlədilər, ya da əvəzləmə görüntüsü yaratdılar (vacib olan real iş deyil, Kremlə hesabat verməkdir). İndi isə rus bloqerlər belə bir sual verirlər: 50 ildir yerli təkərlə istehsal edilən avtomobil indi nə üçün xarici təkərlə komplektləşdirilir? Həm də ölkənin son “iqtisadi nailiyyətlərinin” nümayiş etdirildiyi sərgidə!
Vüqar Yaşaroğlu

.jpg)
Sürücülər bunu bilmir: 20 manat əlavə ödə, 10 min al
Məşhur bloqer oğurlanan superkarını internetdə gördü - Küçədə "drift" edərmiş
8 min manata “Hyundai”, 14 min manata “Prado”...
Avtomobil saxlamaq bahalaşır – Sürücülərin xərcləri artır
Azərbaycana gətirilən bahalı avtomobillərin sayı artdı - Rəqəmlər
“Mercedes” Almaniyaya investisiya qoyuluşunu dayandırır
Azərbaycanda Çinin seçilən markalarına zəmanət veriləcək
Şinlərin təzyiqi: Əksəriyyətin buraxdığı səhvlər
Bu maşınlar ucuzlaşacaq - YENİ QAYDALAR GƏLİR
Vəsiqəsiz şəxslərə avtomobil verənlərə XƏBƏRDARLIQ - VİDEO
Avropa məhkəməsi "MAZ" və "BELAZ"ın iddiasını rədd etdi












