“Niva”nın yeni mühərriklə istehsalı başladı

Avtovaz şirkəti “Niva Legend” modelinin (klassik “Niva”) yeni mühərriklə istehsalı başlayıb.
Avtosfer.az xəbər verir ki, bu barədə şirkət rəsmi məlumat yayıb. İstehsalın FIAT şirkəti ilə müqavilənin imzalanmasının 60-cı ildönümündə başlayıb.
Maraqlıdır ki, yeni mühərrikə keçidlə ruslar FIAT irsi ilə vidalaşıblar.
“Niva” mühərriki mənşəyini 1970-ci ildən istehsal edilən VAZ-2101 mühərrikindən götürür. Silindrlər blokunun yeganə fərqi ölçüsündədir.
Amma yeni mühərriki də müasir hesab etmək doğru olmaz. Bu güc qurğusu öz mənşəyini “Porsche”nin layihələndirdiyi və ilk dəfə 1984-cü ildə VAZ-2108-də tətbiq edilmiş “Sputnik” mühərrikindən götürür. Bir sözlə, zavod Brejnev dövrünün texnikasını Andropov dövrünün avadanlığı ilə əvəzləyib. Yeni “Niva”da FIAT-dan qalan əsas detallar ötürmələr qutusu və diferensial mexanizmdir.
Köhnə mühərrikli avtomobillərə gəlincə. 1,7 litrlik mühərrikin blokunu sonsuzadək yonmaq, gilizləmək və istismar etmək mümkündür. Yaxın 10-15 ildə bu avtomobillər üçün təmir və ya ehtiyat hissə problemi olmayacaq.
Bu xəbər də sizə maraqlı ola bilər:
https://avtosfer.az/az/avtodunya/17-litr-muherrikli-sonuncu-niva-konveyeri-terk-etdi-foto-339130
Vüqar
Şinlərin təzyiqi: Əksəriyyətin buraxdığı səhvlər
Bu maşınlar ucuzlaşacaq - YENİ QAYDALAR GƏLİR
Vəsiqəsiz şəxslərə avtomobil verənlərə XƏBƏRDARLIQ - VİDEO
Avropa məhkəməsi "MAZ" və "BELAZ"ın iddiasını rədd etdi
Maşında musiqiyə qulaq asanlar CƏRİMƏLƏNƏCƏK
"Audi" məşhur modelin istehsalını dayandırdı - FOTO
“Land Rover” "BYD"ni məhkəməyə verdi
100 kilometrə 5 litrdən az yanacaq sərf edən 10 dizel avtomobili – SİYAHI
Avropanın avtomobil sənayesi: Tarixin təkərrürü yoxsa imitasiya? - FOTO
"Jaguar Land Rover" BYD-ni ŞİKAYƏT EDİB
Maşını olmayanların üzünü güldürəcək ŞAD XƏBƏR












