Niyə qışda krossoverlər daha tez qəzaya düşür?

İlk baxışda krossoverlər qış üçün əlverişlidir: tam intiqallı avtomobil qara, buzda rahat hərəkət edir. Lakin, məsələnin görünməyən tərəfləri də var.
Avtosfer.az xəbər verir ki, Rusiyada aparılmış təhlillər krossoverlərin qış vaxtı, xüsusən də buzlu yollarda daha tez təhlükə yaratdığı üzə çıxıb. Bunun həm psixoloji, həm də texniki səbəbləri var.
Psixoloji səbəb arxayınlıq faktorudur. Sürücüyə elə gəlir ki, tam intiqallı, müasir tormoz sistemli avtomobil istənilən anda rahat hərəkətə başladığı kimi dayana da biləcək. Lakin çoxlarının düşündüyünün əksinə olaraq ABS sisteminin buzlu yolda hiss ediləcək səmərəsi yoxdur. Sürücülük məharətindən çox şey asılıdır. Bunu başa düşdükdə isə çox vaxt gec olur.
Texniki olaraq krossover sedandan daha ağırdır. Bu da istənilən situasiyada tormoz yolunun artması ilə nəticələnir.
Nəhayət, qabaq və ya arxa intiqallı avtomobildə sürücü sükanı kəskin döndərərək, qazı artırıb azaldaraq sürüşməni idarə edə bilər. Müasir krossoverdə isə mühərrik gücünün oxlar arasında paylanmasına elektronika nəzarət edir. Elektron sistemin sürüşməyə reaksiyası hətta ən təəccüblü sürücünü də çaşdıra bilər.
Bu səbəbdən qış vaxtı sürüşkən yolda köhnə “Jiquli”nin keçdiyi yolda bahalı krossoverin sürüşdüyünü görsəniz, təəccüblənməyin.
Vüqar
Maşını olmayanların üzünü güldürəcək ŞAD XƏBƏR
Əfsanəvi “Canavar” satışa çıxarıldı - FOTOLAR
Tesla “Cybertruck” istehsalını dayandırır: Bir dövrün sonu
Saxlanılması ən baha başa gələn avtomobil markaları AÇIQLANIB
Yeni üstünlük səviyyəsi: Mercedes-Benz modelləri üçün xüsusi qiymətlər - FOTO
Maaşınız gecikirsə əlavə pul almalısınız - VƏKİL
Azərbaycanda avtomobil istehsalına 6 illik güzəşt: Qiymətlər düşəcəkmi?
Avtomobil sənayesi üçün yeni güzəşt
"İkinci əl" avtomobil satışında YENİ QAYDALAR
Avtomobilin boyasını necə qorumalı?
Dizellə işləyən maşınlar qadağan edilir?












