Oğurlanmış avtomobilini satın aldı - Qəribə OLAY

Böyük Britaniya vətəndaşı gözlənilməz hadisə ilə qarşılaşıb.
Avtosfer.az xarici KİV-ə istinadən xəbər verir ki, Solihull şəhər sakini 36 yaşlı Evan Valentinenin qara rəngli "Honda Civic Type-R" markalı avtomobili fevralın 28-də dayanacaqdan oğurlanıb.
Kişi polisə müraciət etsə də, avtomobilini tapa bilməyib. Lakin o nəqliyyat vasitəsinin eynisini almaq qərarına gəlib. Belə ki, bir müddət sonra Evan internetdə gördüyü qara rəngli "Honda Civic Type-R" markalı avtomobili almaq qərarına gəlib.
Maraqlısı budur ki, 26 min dollardan çox pul ödəyən britaniyalı yeni avtomobilin oğurlanmış maşını olduğunu anlayıb. Kişi bu barədə sosial şəbəkədə yazıb: "Oğurlandıqdan sonra eyni maşın almaq qərarına gəldim. Eyni rəng, eyni il (2016), eyni xüsusi buraxılış sistemi. Heç şübhə çəkmədi. Onu evə gətirəndə bəzi qəribə şeyləri görməyə başladım. Baqajda mənə aid olan əşyalar var idi və anladım ki, bu mənim avtomobilimdir".
O, bildirib ki, nömrələr və VIN onun oğurladığı avtomobilindən fərqli olub. Ona görə də kişi bunun oğurlanmış avtomobili olduğunu bilməyib. Hadisədən sonra Evan maşını satan şirkəti məhkəməyə verib. (unikal)
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR












