Oğuzda "VAZ" motosikletlə toqquşdu

Oğuzda minik avtomobili ilə motosiklet toqquşub, bir nəfər xəsarət alıb. Avtosfer.az APA-ya istinadən xəbər verir ki, hadisə aprelin 26-sı axşam saatlarında rayonun Yemişanlı kəndində baş verib. Rayonun Padar kənd sakini, 1964-cü il təvəllüdlü Nasim Kamil oğlu Səmədovun idarə etdiyi qoşqulu motosiklet hələ ki şəxsiyyəti məlum olmayan sürücünün idarə etdiyi “VAZ 21074” markalı 10 SL 827 dövlət nömrə nişanlı minik avtomobili ilə toqquşub. Qəzadan sonra VAZ 21074 markalı avtomobilin sürücüsü xəsarət almasa da, motosikletin sürücüsü Nasim Səmədov Oğuz Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıb.
Oğuz MRX-dan verilən məlumata görə, Nasim Səmədova lazımi ilkin tibbi yardım göstərildikdən sonra vəziyyətini nəzərə alaraq müayinə və müalicə edilmək üçün Şəki MRX-a göndərilib.
Şəki MRX-dan verilən məlumata görə, Nasim Səmədova xayaların cırılması dioqnozu qoyulub, hazırda onun üzərində cərrahiyə əməliyyatı aparılır.
Faktla bağlı Oğuz rayon polis Şöbəsində araşdırma aparılır.
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur












