Ölkəmizdə yığılan avtomobillərin alınması üçün təşviqat işləri aparılmalıdır
Avtoxəbər
29 Oktyabr 2024 17:28

2024-cü ilin yanvar-sentyabr aylarında Azərbaycanda 3 min 623 ədəd minik avtomobili istehsal edilib.
Avtosfer.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər veir.
Belə ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə minik avtomobili istehsalı 1 513 ədəd və ya 71,7% artıb.
2023-cü ilin yanvar-sentyabr aylarında bu göstərici 2 min 110 ədəd təşkil edib.
2024-cü ilin 1 oktyabr tarixinə anbarlarda qalan minik avtomobillərinin sayı 93 ədəd və ya 18,7% artaraq 590-a çatıb.
2023-cü ilin 1 oktyabr tarixinə bu göstərici 497 ədəd olub.
Nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev söyləyib ki, bu əslində istehsal deyil, yığılmadır:
“Çünki ehtiyat hissələri (ban, təkərlər, mühərrik) hazır gəlir və yığılır. Normal olaraq ən yaxşı istehsal odur ki, hissələrin 70-80 faizini özü istehsal etsin. 70-80 faizdən aşağı olduqda isə artıq istehsal deyil yığılma adlanır. Düşünürəm ki, maşının hazırlanması üçün onun 1-2 faiz hissəsi özümüzdə var. Ölkədə istehsal olunan avtomobillərin statiskasına baxan zaman anbarda qalan avtomobil sayı onu göstərir ki, nəsə düzgün getmir. Vətəndaşları məcbur edə bilmərik ki, bu avtomobilləri alsınlar. Son dövrlər ən çox elektrikli və hibrid avtomobil alındığına görə isə anbarda qalan avtomobilləri sayı daha da çoxalıb. Lakin avtomobil almaq istəyən dövlət qurumlarını bu yola yönləndirmək, hətta məcbur etmək belə mümkündür ki, öz ölkəmizdə istehsal edilən avtomobil alsınlar. Eyni zamanda taksi fəaliyyəti ilə məşğul olan şəxslərdə həmin avtomobilləri ala bilərlər. Ölkəmizdə yığılan avtomobillərin alınması üçün təşviqat işləri aparılmalıdır”.
(sherg.az)
Oxunub : 930
DİGƏR XƏBƏRLƏR
13 Noyabr 2026 18:46
Sürücülər bunu bilmir: 20 manat əlavə ödə, 10 min al
13 Noyabr 2026 17:54
Məşhur bloqer oğurlanan superkarını internetdə gördü - Küçədə "drift" edərmiş
13 Noyabr 2026 16:48
8 min manata “Hyundai”, 14 min manata “Prado”...
13 Noyabr 2026 16:36
Avtomobil saxlamaq bahalaşır – Sürücülərin xərcləri artır
13 Noyabr 2026 15:41
Azərbaycana gətirilən bahalı avtomobillərin sayı artdı - Rəqəmlər
13 Noyabr 2026 14:48
“Mercedes” Almaniyaya investisiya qoyuluşunu dayandırır
13 Noyabr 2026 11:33
Azərbaycanda Çinin seçilən markalarına zəmanət veriləcək
12 Noyabr 2026 23:59
Şinlərin təzyiqi: Əksəriyyətin buraxdığı səhvlər
12 Noyabr 2026 14:48
Bu maşınlar ucuzlaşacaq - YENİ QAYDALAR GƏLİR
12 Noyabr 2026 12:18
Vəsiqəsiz şəxslərə avtomobil verənlərə XƏBƏRDARLIQ - VİDEO
12 Noyabr 2026 10:18
Avropa məhkəməsi "MAZ" və "BELAZ"ın iddiasını rədd etdi
11 Noyabr 2026 23:59
Maşında musiqiyə qulaq asanlar CƏRİMƏLƏNƏCƏK
ŞƏRH YAZ












