Parkinqdə avtomobilə dəymiş zərəri kim QARŞILAMALIDIR? – HÜQUQİ İZAH

Bu gün paytaxtımızda çoxsaylı qapalı parklanma əraziləri var. hərdən bu ərazilərdə sürücülər müxtəlif qəza törədir, qarşı tərəfin avtomobilinə zərər vurur. Ərazi qapalı olduğu üçün və prosesdə Dövlət Yol Polisinin əməkdaşının iştirakı olmaması səbəbi ilə dəymiş zərərin sığorta hesabına ödənişində problem yaranır.
Belə hallarda nə etmək lazımdır?
Mövzu ilə bağlı Azərbaycan Sığortaçılar Assosiasiyasının ekspert qrupunun üzvü Emil Ağabağırov deyib ki, bəzən açıq və ya qapalı parklanma olan ərazilərdə baş vermiş nəqliyyat qəzaları ilə bağlı dəymiş zərərləri kim ödəyəcək kimi suallara müxtəlif yanaşmalar eşidirik:
“Əslində burda baş vermiş hadisələrdən və avtomobildə hansı sığorta növünün olmasından asılı olaraq cavablar da dəyişir. Belə ki, parklanmada olan avtomobili hər hansı bir nəqliyyat vasitəsi zərər vurarsa, bu zaman zərərvuran avtomobilin icbari sığorta növü üzrə sığorta şirkəti yekunda zərərçəkənə ödənişi vermiş olur. Əgər zərərvuranın icbari sığorta şəhadətnaməsi olmadığı təqdirdə zərərçəkənin kasko sığortası şəhadətnaməsinin olmasına gərək duyulur.
Zərərçəkənin kasko sığortası olarsa, dəymiş zərəri əldə edə bilər.
Ancaq qeyd edilən sığorta növlərinin heç biri olmadığı halda məkandan asılı olmayaraq zərərçəkənə hər hansı bir ödəniş sığorta şirkətləri tərəfindən verilmir. Belə olan halda tərəflər ya öz aralarında razılığa gəlməlidirlər, ya da müvafiq qaydada məhkəməyə müraciət etməlidir”./bizim.media
Sürücülər bunu bilmir: 20 manat əlavə ödə, 10 min al
Məşhur bloqer oğurlanan superkarını internetdə gördü - Küçədə "drift" edərmiş
8 min manata “Hyundai”, 14 min manata “Prado”...
Avtomobil saxlamaq bahalaşır – Sürücülərin xərcləri artır
Azərbaycana gətirilən bahalı avtomobillərin sayı artdı - Rəqəmlər
“Mercedes” Almaniyaya investisiya qoyuluşunu dayandırır
Azərbaycanda Çinin seçilən markalarına zəmanət veriləcək
Şinlərin təzyiqi: Əksəriyyətin buraxdığı səhvlər
Bu maşınlar ucuzlaşacaq - YENİ QAYDALAR GƏLİR
Vəsiqəsiz şəxslərə avtomobil verənlərə XƏBƏRDARLIQ - VİDEO
Avropa məhkəməsi "MAZ" və "BELAZ"ın iddiasını rədd etdi












