Paytaxtda avtobus qıtlığı yaranıb

Yeni Ramana qəsəbəsində marşrut avtobusu dolu gəldiyindən şagirdlər minə bilmir. Buna görə də qəsəbə sakinləri avtobusların sayının artırılmasını istəyirlər. Söhbət 214 nömrəli marşrut xəttindən gedir. Avtosfer.az-ın məlumatına görə, dərsdən çıxan şagirdlər avtobus gözləyir, ancaq avtobus sərnişinlərlə dolu olduğundan şagirdlərin çoxu minə bilmirlər. Bu barədə görüntülər Sabunçu rayon, Yeni Ramana qəsəbəsindəki 316 nömrəli məktəbin qarşısında sakinlər tərəfindən çəkilərək nömrəmizə göndərilib. Başqa bir görüntüdə isə həmin avtobus qapısı açıq şəkildə hərəkət edir. Avtobusların qapılarından sərnişinlər sallanır. Görüntülər 214 nömrəli avtobusda çəkilib. Bu problem həmin qəsəbədə mütəmadi olaraq yaşanır. Məktəbdən çıxıb evlərinə getmək istəyən şagirdlər və qəsəbə sakinləri avtobus sarıdan əziyyət çəkirlər.
Şəhərdən həmin qəsəbədən keçməklə Şuşa şəhərciyinə cəmi 1 marşurut xətti xidmət göstərir. Qəsəbə sakinləri bildirirlər ki, bir marşurut xətti azlıq təşkil edir. Onlar qəsəbəyə əlavə marşurut xətlərinin açılmasını istəyirlər.
Məsələ isə bağlı Bakı Nəqliyyat Agentliyindən bildirildi ki, qeyd edilən məsələ qurum tərəfindən araşdırılacaq. Nəqliyyat vasitələrinin sayında çatışmazlıq olarsa, daşıyıcıya tapşırılacaq ki, zəruri tədbir görsün.
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur












