“Porsche” 70-ci illərin modelini “həyata qaytarır” – FOTO

"Porsche" şirkəti 935/78 modelini yenidən istehsal edəcək. Avtosfer.az ölkə.az-a istinadən xəbər verir ki, 1970-ci illərin sonunda istehsal edilən bu model "Mobi Dik" adlandırılırdı. Yeni modelin xarici görünüşü müasir üslubda hazırlanıb. Məsələn, arxa fənərlər "Leman 919" modelinin arxa fənərlərinə bənzəyir. Səsboğucu isə "Porsche 908" modelini (1968-ci il istehsalı) xatırladacaq. İnteryer karbon və alkantarla hazırlanıb. Rəqəmsal cihazlar qurğusundan başqa salonda təhlükəsizlik karkası, çıxarılan yarış sükanı və xüsusi təhlükəsizlik kəməri var. Yeni model 700 at güclü, 3.8 litr həcmli turbo mühərriklə təchiz edilib. Aqreqat 7 pilləli robot sürətlər qutusu ilə işləyir. Almanlar cəmi 77 model istehsal etmək fikrindədirlər. Hər bir modelin qiyməti isə minimum 702 min avro olacaq. Model gələn ilin iyun ayında satışa çıxacaq.
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur
















