Prezidentə "Togg" hədiyyə edildi - FOTO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İndoneziyaya səfəri çərçivəsində bu ölkənin Prezidenti Prabovo Subiantoya Türkiyənin yerli elektrik avtomobili "Togg" hədiyyə edib.
Avtosfer.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, R.T.Ərdoğan Çakartada Boqor Prezident Sarayında İndoneziya Prezidenti ilə görüşüb.
Məlumata görə, Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının ilk iclası və birgə mətbuat konfransından sonra Türkiyə Prezidenti indoneziyalı həmkarına hədiyyəsini təqdim edib.
P.Subiantoya "Togg"un xüsusiyyətləri haqqında məlumat verən R.T.Ərdoğan "İstifadə edəndə super olduğunu görəcəksiniz. Səsini eşidə bilməzsiniz",- deyib.
Mərasimdə Türkiyə sənaye və texnologiya naziri Mehmet Fatih Kaçır, Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun da iştirak ediblər.

Sürücülər bunu bilmir: 20 manat əlavə ödə, 10 min al
Məşhur bloqer oğurlanan superkarını internetdə gördü - Küçədə "drift" edərmiş
8 min manata “Hyundai”, 14 min manata “Prado”...
Avtomobil saxlamaq bahalaşır – Sürücülərin xərcləri artır
Azərbaycana gətirilən bahalı avtomobillərin sayı artdı - Rəqəmlər
“Mercedes” Almaniyaya investisiya qoyuluşunu dayandırır
Azərbaycanda Çinin seçilən markalarına zəmanət veriləcək
Şinlərin təzyiqi: Əksəriyyətin buraxdığı səhvlər
Bu maşınlar ucuzlaşacaq - YENİ QAYDALAR GƏLİR
Vəsiqəsiz şəxslərə avtomobil verənlərə XƏBƏRDARLIQ - VİDEO
Avropa məhkəməsi "MAZ" və "BELAZ"ın iddiasını rədd etdi












