Proqram yenilənməsi avtomobilinizi gücünü zəiflədə bilər - VİDEO

Proqram təminatı ilə işləyən avtomobillər bir müddət sonra sıradan çıxa bilər.
Avtosfer.az xəbər verir ki, müasir avtomobillər artıq yalnız mühərrikdən ibarət deyil. Onlar həm də proqram təminatı ilə idarə olunur. İstehsalçılar hər il yeni funksiyalar əlavə edir. Lakin 5 il əvvəl istehsal olunmuş avtomobillərin prosessorları bu əlavə yüklənməni daşımaqda çətinlik çəkə bilər.
Avtomobil elektriki Xaliq Əliməmmədov bildirib ki, bəzi hallarda proqram yenilənmələri elektrikli avtomobillərin batareya ömrünü qorumaq məqsədilə onların sürətlənmə gücünü və ya şarj sürətini gizli şəkildə azalda bilər.
Bəs ustanın "dolur" dediyi yaddaşı artırmaq mümkündürmü?
Xaliq Əliməmmədovun sözlərinə görə, avtomobillərin əyləc və təhlükəsizlik sistemləri bu cür yavaşlamalardan sığortalanıb, yəni proqram təminatında problem yaransa belə, sükan kilidlənmir. Görünən odur ki, gələcəkdə avtomobil alarkən yalnız mühərrik gücünə deyil, həm də onun prosessor gücünə və əməliyyat yaddaşına diqqət yetirmək lazım gələcək. Əks halda, avtomobil bir neçə proqram yenilənməsindən sonra istifadəyə yararsız hala düşə bilər.
Sürücülər bunu bilmir: 20 manat əlavə ödə, 10 min al
Məşhur bloqer oğurlanan superkarını internetdə gördü - Küçədə "drift" edərmiş
8 min manata “Hyundai”, 14 min manata “Prado”...
Avtomobil saxlamaq bahalaşır – Sürücülərin xərcləri artır
Azərbaycana gətirilən bahalı avtomobillərin sayı artdı - Rəqəmlər
“Mercedes” Almaniyaya investisiya qoyuluşunu dayandırır
Azərbaycanda Çinin seçilən markalarına zəmanət veriləcək
Şinlərin təzyiqi: Əksəriyyətin buraxdığı səhvlər
Bu maşınlar ucuzlaşacaq - YENİ QAYDALAR GƏLİR
Vəsiqəsiz şəxslərə avtomobil verənlərə XƏBƏRDARLIQ - VİDEO
Avropa məhkəməsi "MAZ" və "BELAZ"ın iddiasını rədd etdi












