Qadınlar avtomobili daha səliqəli park edirmiş

Avtomobil ortaya çıxdıqdan bəri dünyada qadınların, yoxsa kişilərin daha yaxşı maşın sürməsi ilə bağlı müzakirələr bitib tükənmir. Bu məsələ ilə bağlı saysız-hesabsız tədqiqat aparılıb, elmi məqalələr yazılıb.
Avtosfer.az xəbər verir ki, bir çox insanda qadınların maşını pis parklaması barədə də stereotiplər mövcuddur. Lakin bu günlərdə ABŞ-də aparılmış tədqiqat bu stereotiplərin əsassızlığını ortaya qoyub.
Tədqiqat zamanı 2500 sürücünün parklama metodları təhlil edilib və hər sürücünün işi 20 ballıq sistemlə qiymətləndirilib. Nəticə gözlənilməz olub.
Məlum olub ki, qadın sürücülər orta hesabla 13,4 bal aldıqları halda kişilər 12,3 balla qane olublar. Psixoloqlar bu nəticəni əsassız hesab etmirlər. Onların fikrincə, qadınlar parklama zamanı daha səbrli və ehtiyatlı davranırlar. Hətta lazım gəldikdə avtomobildən düşərək ətrafa nəzər yetirməyə də tərəddüd etmirlər.
Kişilər isə tələsgəndirlər yeganə düşündükləri iş maşını mümkün qədər tez parklamaqdır.
Bu da bir daha göstərir ki, bir çox peşədə gender fərqi yalnız insanların təfəkküründə formalaşıb, praktikada isə mövcud deyil. Misal üçün deyək ki, avtomobil zavodlarında işləyənlərin əksəriyyəti qadınlardır.
Vüqar
Sürücülər bunu bilmir: 20 manat əlavə ödə, 10 min al
Məşhur bloqer oğurlanan superkarını internetdə gördü - Küçədə "drift" edərmiş
8 min manata “Hyundai”, 14 min manata “Prado”...
Avtomobil saxlamaq bahalaşır – Sürücülərin xərcləri artır
Azərbaycana gətirilən bahalı avtomobillərin sayı artdı - Rəqəmlər
“Mercedes” Almaniyaya investisiya qoyuluşunu dayandırır
Azərbaycanda Çinin seçilən markalarına zəmanət veriləcək
Şinlərin təzyiqi: Əksəriyyətin buraxdığı səhvlər
Bu maşınlar ucuzlaşacaq - YENİ QAYDALAR GƏLİR
Vəsiqəsiz şəxslərə avtomobil verənlərə XƏBƏRDARLIQ - VİDEO
Avropa məhkəməsi "MAZ" və "BELAZ"ın iddiasını rədd etdi












