Qadınlar üçün alt paltarı cəmiyyəti alt-üst etdi

Peterburq muzeylərindən birində nümayiş etdirilən kirpilərdən hazırlanmış büsqalter cəmiyyətin qınağına səbəb olub. Avtosfer.az sputnik.az-a istinadən xəbər verir ki, qadın alt geyimi "Erart" muzeyində sərgilənib. Əsər Yeni Zelandiyadan olan dəri ustası Kler Tred tərəfindən hazırlanıb. Dövlət Dumasının deputatı Vitaliy Milonov eksponatı "eybəcərlik" adlandırıb və muzeyin bağlanmasının lazım olduğunu deyib. "Mən hesab edirəm ki, idarəedici orqanlar bu eksponatın kirpilərə qarşı qəddar münasibət olmasına diqqət yetirməlidir. Kirpilər kənd təsərrüfatı heyvanları hesab edilmir. Buna görə də onların öldürülməsi qanunsuzdur. Buna görə də "Erart" muzeyini cərimə etmək və hətta bağlamaq lazımdır" – deyə deputata bildirib. Öz növbəsində heyvansevərlər eksponatı "psixoz" adlandırıblar. Qeyd edək ki, "Erart" muzeyində "Vau-Moda" sərgisində "World of WearableArt" incəsənət müsabiqəsində göstərilən əsərlər nümayiş etdirilir. Layihənin finalı hər il Yeni Zelandiyanın paytaxtı Vellinqtonda keçirilir.
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur












