Qəza törədərək hadisə yerindən yayınan sürücülər saxlanılıb

İyunun 1-də Xırdalan şəhər sakini E.Teymurovun avtomobillə vurulması nəticəsində xəstəxanaya gətirilməsi barədə Abşeron Rayon Polis İdarəsinə məlumat daxil olub. Polis əməkdaşları tərəfindən aparılan araşdırmalarla yeniyetmənin saat 13 radələrində şəhər ərazisində yolu keçərkən müəyyən edilməmiş avtomobillə vurulduğu məlum olub. Xəstəxanada ona ilkin tibbi yardım göstərilərək buraxılıb.
DİN-in mətbuat xidmətindən Avtosfer.az-a bildirilib ki, dərhal başlanan əməliyyat-axtarış tədbirləri ilə hadisənin “Hyundai” markalı avtomobillə törədilməsi müəyyən edilib. Yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən həmin nəqliyyat vasitəsini idarə edən Cəbrayıl rayon sakini Orxan Hüseynov polis əməkdaşları tərəfindən saxlanılıb.
Sabunçu Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə mayın 30-da Bakıxanov qəsəbəsi ərazisində Bakı şəhər sakini Ədilə Qasımovanın xəsarət alması ilə nəticələnən yol qəzasını törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “Opel” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini Xaliq Qasımov da saxlanılıb.
Hər iki faktla bağlı araşdırma aparılır.
Cərimə ballarının ləğvi və 30-a qaldırılması Milli Məclisdə müzakirəyə çıxarıldı - ŞAD XƏBƏR
Avropalı ekspert: çinli istehsalçılar yaponların yolu ilə gedirlər
Sovetin əfsanəsi geri döndü: yeni “Volqa” fantastik qiymətə satışda - FOTO
Təkər əyriliyinə görə yaranan problemlər
Etibarnamə ilə alınan avtomobillərlə bağlı VACİB XƏBƏRDARLIQ
“Toyota”nın saxta transmissiyası
İndiyə kimi neçə avtomobil utilizasiyaya verilib? – RƏSMİ AÇIQLAMA
Sürücüsüz avtomobillərlə bağlı TƏLƏBLƏR müəyyənləşir - Hansı hallarda İCAZƏ VERİLƏCƏK?
Elektromobillər daha az sürülür
Avtomobil sahiblərini gözləyən YENİ XƏRCLƏR – Rekord bahalaşma yaxınlaşır
Azərbaycana avtomobil idxalı azalıb: Qiymətlər bahalaşacaq?










