Qışda avtomobillərin yanacaq sərfiyyatı niyə artır? - Mütəxəssis AÇIQLADI - FOTO

Qış mövsümü nəqliyyat vasitələrinin istifadəsində bir çox çətinliklər yaradır. Soyuq havalarda avtomobillərin işə düşməsi, mühərrikin iş rejiminin dəyişməsi və sürüş şəraitinin mürəkkəbləşməsi kimi hallar təkcə sürücülərin rahatlığını deyil, həm də avtomobilin yanacaq sərfiyyatına birbaşa təsir edir. Xüsusilə qışın sərt keçdiyi bölgələrdə sürücülər mühərrikin daha çox yanacaq sərf etdiyini müşahidə edir. Bu, gündəlik istifadə zamanı əlavə xərclərə səbəb olmaqla yanaşı, avtomobilin ümumi performansını da təsir edir.
Mələsə ilə bağlı avtomobillər üzrə mütəxəssis Elçin Abbasov Avtosfer.az-a bildirib ki, qış aylarında avtomobillərin yanacaq sərfiyyatı bir çox faktorlara görə artır. “Soyuq hava şəraitində mühərrik tam effektiv işləyə bilmir. Mühərrikin qızıdırılması üçün əlavə yanacaq tələb edir. Soyuq yağı qatılaşdırır və mühərrikdə müqavimət yaradır ki, bu da yanacaq sərfiyyatını artıran əsas səbəblərdən biridir. Avtomobillərdə istifadə edilən qızdırıcılar, peçlər və arxa şüşə qızdırıcıları da enerji sərf edir. Bu cihazlar elektriklə işləsə də, elektrik enerjisi nəticə etibarilə yanacaqdan təmin edilir. Qış mövsümündə avtomobilin sürətinin aşağı düşməsi də yanacaq sərfiyyatını artırır. Sürət optimal həddən aşağı olduqda mühərrik daha çox yanacaq sərf edir”.

Ekspert yanacaq sərfiyyatını azaltmaq üçün bir neçə tövsiyə verib. O qeyd edib ki, yerində avtomobili qızdırmaq tez-tez buraxdığımız səhvlərdən biridir. “İstehsalçının tövsiyə etdiyi yağdan istifadə edilməli və mühərrikdə təkləmə olmamalıdır. Soyuq havada təkər təzyiqi azalır, buna görə də istehsalçının tövsiyə etdiyi təzyiq səviyyəsinə diqqət yetirilməlidir. Həmçinin kirlənmiş hava filtri mühərrikin işini çətinləşdirir və əlavə yanacaq sərfiyyatına səbəb olur. Onu vaxtında dəyişdirmək vacibdir. Avtomobilin yol şəraitinə uyğun optimal sürətlə idarə edilməsi tövsiyə olunur. Yerində avtomobili qızdırmaq yanacağın israfına səbəb olur. Mühərriki işə salıb yavaş-yavaş sürərək avtomobili qızdırmaq daha məqsədəuyğundur. Avtomobilin yük yeri və salonunda artıq əşyalar saxlanılmamalıdır. Həddən artıq yüklər yanacaq sərfiyyatını artırır. Arxa şüşə qızdırıcısı, kondisioner və digər elektrik avadanlıqlarından yalnız zərurət olduqda istifadə edilməlidir”.

Fidan Məmmədova
Dövlət qurumlarının avtomobilləri satışda: Ən ucuz avtomobil 1 200 manatdır - SİYAHI
İlk hibrid mühərrikli “Toyota Land Cruiser 300” - İndi Azərbaycanda satışdadır - FOTOLAR
“Toyota”nın yubiley avtomobili: Zəif mühərriklə bağlı məntiqli izah
“Audi” məşhur mühərriklə bağlı fikrini dəyişdi
Keyfiyyətsiz yanacağa görə mühərrik yağları bahalaşır
Avtomobil ehtiyat hissələrinin idxalı azalıb - VİDEO
Azərbaycanın avtomobil hissələrinin idxalına çəkdiyi xərci 13 faiz azalıb
Dizel mühərrikli avtomobillərlə bağlı AÇIQLAMA
Payızdan avtomobillər bahalaşa bilər - AÇIQLAMA
Yay istirahəti başa çatdı - AVTOMOBİLDƏ BUNLARI EDİN
Azərbaycana idxal olunan minik avtomobillərinin sayı niyə azalıb? - AÇIQLAMA - FOTO










