Qusarda toyda "avtoşluq" edən sürücü tutuldu - VIDEO

Dünən Avtosfer.az portalında Qusar rayonunda keçirilən toy mərasimi zamanı avtoxuliqanlıq edən sürücü barədə məlumat vermişdik. Belə ki, sürücü toy karvanından çıxaraq kobud manevrlər edir, özünü, avtomobildəki sərnişinləri və digər sürücüləri təhlükəyə atır. Eyni zamanda onun cəmiyyətə aşkar şəkildə hörmətsizlik etməsi də əməlində avtoxuliqanlıq olduğunu təsdiqləyir. Baş Dövlət Yol Polisi İdarəsindən Avtosfer.az-a verilən məlumata görə, artıq sürücü aşkarlanıb və barəsində müvafiq tədbir görülüb.
Məlumatda bildirilir ki, 21 iyul 2018-ci il tarixində Qədimov Məhəmməd Qulu oğlu idarə etdiyi 10 XO 038 dövlət nömrə nişanlı, "İnfinite" markalı avtomobillə Qusar rayonunda keçirilən toy mərasimi zamanı avtoxuliqanlıq etdiyinə görə, bu gün barəsində İXM-nin 511.1-ci maddəsi ilə inzibati protokol tərtib olunub. Həmin protokola əsasən məhkəmə tərəfindən 15 gün həbs və 1 illik sürücülük hüququndan məhrum olunub.
Fərid
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur












