Rəsmi qurumlardan sürücülərə ciddi xəbərdarlıq: Bu avtomobillər qəfil yana bilər

Bakıda “Təhlükəsiz mobilliyə doğru” adlı konfrans keçirilir. Avtosfer.az xəbər verir ki, “Hyatt Regency Baku” hoteldə təşkil olunan tədbirdə avtomobil təhlükəsizliyi, yol hərəkətinin təhlükəsizliyinin artırılması və nəqliyyat vasitələrinin texniki sazlığı ilə bağlı məsələlər müzakirə olunur.
Konfransda Dövlət Gömrük Komitəsi, Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi, Dövlət Vergi Xidməti, Baş Dövlət Yol Polisi İdarəsi, DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi və İcbari Sığorta Bürosunun nümayəndələri iştirak edirlər.
Tədbirdə avtomobillərdə təhlükəsizliyin təmin edilməsi, sürücülərin nəqliyyat vasitələrinin texniki vəziyyətinə münasibəti, region üçün uyğun olmayan avtomobil modellərinin istifadəsi, qeyri-orijinal ehtiyat hissələrinin yaratdığı risklər və bu sahədə maarifləndirmə işləri əsas müzakirə mövzularıdır.
Konfransın məqsədi region üçün uyğun olmayan, “boz bazar” vasitəsilə zəmanətsiz satılan nəqliyyat vasitələrinin vətəndaşlara və rəsmi dilerlərə vurduğu zərərlərlə bağlı ictimaiyyəti məlumatlandırmaq, həmçinin təhlükəsizlik standartlarına cavab verməyən avtomobillərin yaratdığı risklərə diqqət çəkməkdir.
Çıxışlar zamanı qeyri-orijinal ehtiyat hissələrinin bazarda yaratdığı qeyri-sağlam rəqabət, zəmanətsiz satılan avtomobillərlə bağlı problemlər, belə məhsulların bazara çıxmasının səbəbləri, texniki nasazlıq nəticəsində baş verən yol-nəqliyyat hadisələri, bunun sığorta sektoruna təsirləri, eləcə də qeyri-rəsmi satış şəbəkələri vasitəsilə avtomobil alan vətəndaşların üzləşdiyi çətinliklər ətrafında fikir mübadiləsi aparılır.
Tədbirdə çıxış edənlər son zamanlar ölkədə qeyri-original və keyfiyyətsiz ehtiyat hissələrinin artmasından ciddi narahatlıqlarını ifadə ediblər.
Qeyd olunub ki, bazara nəzarətsiz daxil olan saxta detallar birbaşa insan həyatına təhlükə yaradır. Son dövrlərdə tez-tez rast gəlinən avtomobillərin qəfil və öz-özünə yanması hadisələrinin məhz bu cür keyfiyyətsiz ehtiyat hissələrindən qaynaqlandığı xüsusilə vurğulanıb.
Müzakirələr zamanı ölkənin avtomobil sektoruna ciddi ziyan vuran, vergidən yayınmağa və haqsız rəqabətə yol açan “boz bazar” mövzusuna geniş yer ayrılıb. Tədbirdə iştirak edən rəsmi şəxslər bu istiqamətdə nəzarət mexanizmlərinin gücləndirilməsi və sahibkarların hüquqlarının qorunması barədə danışıblar. Tədbirin əsas məruzəçilərindən olan keçmiş millət vəkili İltizam Yusifov çıxışında gömrük rüsumları, ölkə iqtisadiyyatının neftdən asılılığının azaldılması və qeyri-original məhsulların bazara daxil olma səbəblərinə toxunub.
İitizam Yusifov qeyd edib ki, saxta və qeyri-original məhsulların ölkəyə kütləvi axınının qarşısını almaq üçün təkcə inzibati tədbirlər kifayət deyil. Burada əsas məsuliyyət həm də rəsmi dilerlərin üzərinə düşür:
"Vətəndaşların saxta ehtiyat hissələrinə yönəlməsinin əsas səbəblərindən biri rəsmi dilerlərin tətbiq etdiyi qiymət siyasətidir. Qiymətlər əlçatan olmalıdır ki, sürücülər keyfiyyətsiz və təhlükəli alternativlərə üz tutmasınlar. Rəsmi dilerlər qiymət siyasətinə yenidən baxmalı və bazara daha çevik, real təkliflər təqdim etməlidirlər”.
“Audi” məşhur mühərriklə bağlı fikrini dəyişdi
Keyfiyyətsiz yanacağa görə mühərrik yağları bahalaşır
Avtomobil ehtiyat hissələrinin idxalı azalıb - VİDEO
Azərbaycanın avtomobil hissələrinin idxalına çəkdiyi xərci 13 faiz azalıb
Dizel mühərrikli avtomobillərlə bağlı AÇIQLAMA
Payızdan avtomobillər bahalaşa bilər - AÇIQLAMA
Yay istirahəti başa çatdı - AVTOMOBİLDƏ BUNLARI EDİN
Azərbaycana idxal olunan minik avtomobillərinin sayı niyə azalıb? - AÇIQLAMA - FOTO
Avtonom və tam avtomat idarəetmə: Sürücü məsuliyyətdən azad edilmir
Maşın alarkən sizi belə aldadırlar: Alıcıların çoxu bu detalı görmür
Gürcüstanda avtomobillərə "alkoqol bloklaması" sistemi quraşdırıla bilər










