Robot tozsoran istehsalçısından ultra lüks elektrik avtomobili gəlir

Çin mərkəzli "Dreame Technology" 2027-ci ildə ultra lüks seqmentdə ilk elektrikli avtomobilini təqdim etməyi planlaşdırır.
Avtosfer.az xəbər verir ki, şirkət hazırda robot tozsoran hava təmizləyici və saç qurutma cihazları ilə tanınsa da, bu layihə ilə avtomotiv sektoruna daxil olan Çin texnologiya istehsalçıları sırasına qoşulur.
Elektrikli avtomobil istehsalına yönələn Çin şirkətləri artıq sürpriz sayılmasa da, "Dreame"in ilk modelində birbaşa super lüks seqmenti hədəfləməsi diqqət çəkir. Şirkətin qurucusu və baş icraçı direktoru Yu Hao, konsept avtomobilin ilk dəfə 2026-cı ildə Las-Veqasdakı "CES" sərgisində nümayiş etdiriləcəyini, kütləvi istehsalın isə 2027-ci ildə başlaya biləcəyini bildirib.
"Dreame"in Böyük Britaniya mərkəzli PR agentliyi vasitəsilə paylaşdığı ilkin dizayn görüntüləri gözlənildiyi qədər inandırıcı qarşılanmayıb. Şəkillərdə fiziki məntiqə zidd jantlar, qeyri-real fonlar və qeyri-müəyyən interyer detallar diqqət çəkib. Ekspertlərin bir hissəsinə görə, bu vizuallar sadəcə süni intellektin hazırladığı ilkin eskizlərdən ibarətdir.
İç dizayn eskizlərində isə uyğunlaşmayan qapı dəstəkləri, material keçidləri və simvollarda ardıcıllıq çatışmazlığı görünür. Avtomobil sənayesində ilkin mərhələdə vizual konseptlərin paylaşılması adi hal sayılsa da, "Dreame"in təqdimatları şirkətin bu sahədə təcrübəsizliyini üzə çıxarıb.
Avtomobilin ümumi xarici görünüşünün "Bugatti Chiron" modelinə oxşarlığı da diqqətdən yayınmayıb. Bunun təsadüfi olub-olmadığı məlum olmasa da, dizayn hüquqları ilə bağlı məsələlərin gündəmə gəlməsi mümkündür.
Şirkət yalnız dizayn üzərində dayanmadığını, həm də Almaniyada istehsal müəssisəsi qurmağı planlaşdırdığını açıqlayıb. Bu addımın Avropadakı inkişaf etmiş təchizat zəncirindən faydalanmaq məqsədi daşıdığı bildirilir.
Texniki detallarla bağlı açıqlamalar isə hələ ki, məhduddur. Şirkət süni intellekt dəstəklı qarşılıqlı əlaqə sistemlərindən və ölçüləndirilə bilən dizayn yanaşmasından bəhs etsə də, onların tətbiq üsulları açıqlanmayıb. "Dreame", məhsulun ənənəvi lüks avtomobillərdən fərqli olaraq "canlılıq və qarşılıqlı əlaqə mərkəzli" təcrübə təqdim edəcəyini bildirir.
Şirkətin ümumilikdə 6.379 patent müraciəti olduğu, onların 3.155-nin aktiv vəziyyətdə qaldığı açıqlanıb. Bununla belə, patentlərin nə qədərinin elektrikli avtomobil texnologiyası ilə bağlı olduğu barədə məlumat verilməyib. Əvvəlki fəaliyyət sahəsi nəzərə alındıqda, onların çoxunun məişət elektronikası ilə bağlı olduğu ehtimal olunur.(Valyuta.az)
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir












