Rusiyada daha bir sektorda geriləmə

Rusiyada avtomobil şinlərinin istehsalı azalıb.
Avtosfer.az xəbər verir ki, bu barədə rosstat məlumat yayıb. 2025-ci ilin birinci yarısında federasiyada 22 milyon ədəd şin istehsal edilib. Azalma minik avtomobillərinin şinlərində 10,8 faiz, yük avtomobillərində isə 18 faizə yaxındır.
Yalnz xüsusi təyinatlı şinlərin istehsalında 4 faizlik artım qeydə alınıb. Bu məhsulların ümumi istehsalda payı təxminən 2,8 faizdir.
Hesabat dövründə şinlər 5 faizədək bahalaşıb.
Ekspertlər ikinci yarımildə geriləmənin daha ciddi rəqəmlərlə ifadə olunacağı qənaətindədirlər. Birinci səbəb avtomobil zavodlarının istehsal planını azaltmasıdır (1 minik avtomobilinin istehsalı üçün 5 təkər tələb olunur). İkinci səbəb sanksiyalar fonunda ümumi alıcılıq qabiliyyətinin aşağı düşməsidir.
Xüsusi təyinatlı şinlərin istehsalında artım isə dövlət qurumları və ordunun sifarişləri ilə izah edilə bilər.
Avtomobil zavodları bu həftədən işi bərpa etsə də, istehsal tempi aşağı olaraq qalır.
Vüqar
Sürücülər bunu bilmir: 20 manat əlavə ödə, 10 min al
Məşhur bloqer oğurlanan superkarını internetdə gördü - Küçədə "drift" edərmiş
8 min manata “Hyundai”, 14 min manata “Prado”...
Avtomobil saxlamaq bahalaşır – Sürücülərin xərcləri artır
Azərbaycana gətirilən bahalı avtomobillərin sayı artdı - Rəqəmlər
“Mercedes” Almaniyaya investisiya qoyuluşunu dayandırır
Azərbaycanda Çinin seçilən markalarına zəmanət veriləcək
Şinlərin təzyiqi: Əksəriyyətin buraxdığı səhvlər
Bu maşınlar ucuzlaşacaq - YENİ QAYDALAR GƏLİR
Vəsiqəsiz şəxslərə avtomobil verənlərə XƏBƏRDARLIQ - VİDEO
Avropa məhkəməsi "MAZ" və "BELAZ"ın iddiasını rədd etdi












