Rusiyanı Çinə çevirmək arzusu reallaşacaqmı?

Ucuz kredit və dövlət dəstəyi olmasa Rusiyanın avtomobil sənayesi mövcud mövqeyini də itirəcək. Bu sahədə dirçəliş üçün Çin yolu ilə gedilməlidir.
Avtosfer.az xəbər verir ki, bunu rusiyalı maqnat Oleq Deripaska sosial media hesabında bildirib. İş adamı iddia edir ki, 2024-cü ildə Çində 31 milyon avtomobil istehsal edildiyi halda, Rusiyada istehsal 1 milyona çatmayıb. Bu il isə avtobus istehsalı 37 faiz, yük avtomobili istehsalı 3 dəfə azalıb.
Deripaska təklif edir ki, dövlət istehsalçılara 4 faizlik uzunmüddətli kredit versin, dolların kursu ilə 105 rubl müəyyən olunsun. Bu zaman yaxın gəlcəkdə daxili bazarda 3 milyon avtomobil satmaqla yanaşı, 1 milyon da ixracat mümkündür. Bunun üçün yalnız istək lazımdır.
Deripaskanın bəyanatı birmənalı qarşılanmayıb. Bir çox sosial şəbəkə istifadəçisi və müstəqil ekspert iddia edir ki, ucuz kreditlə yerli avtomobil sənayesini dirçəltmək mümkün deyil. Əvvəlki illərdəki kimi kreditlər talan ediləcək, ortada isə nəticə olmayacaq. Sonda inflyasiya və ölkədən kapital axını artacaq.
Yaxın tarix və indiki vəziyyət göstərir ki, Rusiyanın ənənəvi avtomobil istehsalçıları sovet prinsipindən uzaqlaşa bilmir: dövlətdən pul gəlsin, arxayın olum. Halbuki, Ukrayna müharibəsinədək alman, fransız, yapon və koreyalı istehsalçıların qurduğu zavodlar normal avtomobil istehsal edirdi. İndi Çinin işlətdiyi zavodlarda da iş normal gedir. Amma UAZ, VAZ və elə Deripaskanın sahibi olduğu GAZ Grup da rəqabətə davamlı məhsul istehsal etmək əvəzinə, SSRİ vaxtgındakı kimi rəqabətsiz mühit axtarır.
Onların lobbiçiliyi nəticəsində xaricdən gələn maşınlara böyük rüsum, ekologiya vergisi və sair tətbiq edilərək qiymətlər artırılsa da, əhali yenə də, köhnə Toyota və ya Audini təzə Ladadan üstün tutur.
Vüqar
Bu maşınlar ucuzlaşacaq - YENİ QAYDALAR GƏLİR
Vəsiqəsiz şəxslərə avtomobil verənlərə XƏBƏRDARLIQ - VİDEO
Avropa məhkəməsi "MAZ" və "BELAZ"ın iddiasını rədd etdi
Maşında musiqiyə qulaq asanlar CƏRİMƏLƏNƏCƏK
"Audi" məşhur modelin istehsalını dayandırdı - FOTO
“Land Rover” "BYD"ni məhkəməyə verdi
100 kilometrə 5 litrdən az yanacaq sərf edən 10 dizel avtomobili – SİYAHI
Avropanın avtomobil sənayesi: Tarixin təkərrürü yoxsa imitasiya? - FOTO
"Jaguar Land Rover" BYD-ni ŞİKAYƏT EDİB
Maşını olmayanların üzünü güldürəcək ŞAD XƏBƏR
Əfsanəvi “Canavar” satışa çıxarıldı - FOTOLAR












