Şarj oluna bilən hibrid avtomobillər havanı əvvəl düşünüləndən daha çox çirkləndirir - ARAŞDIRMA

Yeni bir araşdırmaya əsasən, şarj olunan hibrid avtomobillər əslində ekoloji cəhətdən daha az təmizdir.
Avtosfer.az bu barədə Gizmodo.com-a istinadən xəbər verir.
Məlumata görə, "Transport & Environment" təşkilatı 2021-2023-cü illər arasında Avropada qeydiyyatdan keçmiş yüzminlərlə avtomobili tədqiq edib və aşkar edib ki, belə maşınlar adi benzinlə və dizellə işləyən avtomobillərdən cəmi 19% az karbon qazı buraxır.
Əvvəllər Avropa İttifaqı hibridmühərrikli avtomobillərin tullantıları 75% azaltdığını iddia edirdi.
Tədqiqatçı Yohann Qimberin sözlərinə görə, Avropada bir çox sürücü hibrid avtomobillərini nadir hallarda şarj edir və daha tez-tez benzin mühərrikindən istifadə edirlər.
Nəticədə real məlumatlar göstərir ki, elektrik mühərriki yalnız hərəkət vaxtının 27%-i ərzində işlədilir, halbuki rəsmi qiymətləndirmələr bu rəqəmi 84% kimi göstərirdi.
Hətta tam "elektrik" rejimində belə, hibridlə işləyən avtomobillər sürətin artırılması və ya yoxuşla hərəkət zamanı benzin mühərrikindən qismən istifadə etməyə davam edir. Bu, bir kilometrə 68 qram karbon tullantısı ilə nəticələnir ki, bu da rəsmi göstəricilərdən doqquz dəfə çoxdur.
Alimlərin fikrincə, hesablamalardakı bu cür xətalar "Volkswagen", BMW və "Mercedes-Benz" də daxil olmaqla avtomobil istehsalçılarının təxminən beş milyard avro cərimədən yayınmasına şərait yaradıb.
Dərin gölməçələrdən keçən maşınları nə gözləyir? — Usta AÇIQLADI
Yanğın zamanı elektromobildən ayrılan yüksəkgərginliki batareya
Avtomobil sığortası BAHALAŞACAQ?
Avtomobil idarə etmə üçün etibarnamə tələbi niyə təkmilləşdirilmir? - VİDEO
Avtomobil bazarında köklü dəyişiklik – Çin brendləri lider oldu
Belə maşınları satmaq olmaz - Vəkil səbəbini açıqladı
Masazır yolunda sürücülər üçün TƏHLÜKƏ
Avtomobil almaq istəyənlər DİQQƏT! – Bunu mütləq edin
İkinci əl avtomobil alanların DİQQƏTİNƏ: Bunları BİLMƏLİSİNİZ
"Su qiymətinə" tanınmış markalı avtomobillər satılır
16 km/saat sürətlə kraş-test nəyə xidmət edir?












