Şəki DYP avtovağzalda yoxlayıcı tədbir keçirib

Şəki Şəhər-Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin təbliğat və təşviqat üzrə inspektoru, polis baş leytenantı Nitalıyev Tural Münasibət oğlu, 10.11.2018-ci il tarixdə Şəki Avtovağzalında, avtobus və mikroavtobus sürücüləri ilə, profilaktiki və yoxlayıcı görüş keçirmişdir. Öncə, sürücülərə qanunsuz sərnişin daşımaların qarşısının alınması sahəsində həyata keçirilən tədbirlərin gücləndirilməsi barədə məlumat verilib. Onlara, yol hərəkəti qaydalarına, iş və istirahət rejiminə əməl etmələri, eləcə də qanunvericiliyin digər tələbləri barədə müvafiq izahlar verilib.
“Fərqlənmə nişanı”, “Taksi” tanınma nişanı, taksometri olmadan, texniki cəhətdən nasaz, təhlükəsizlik tələblərinə cavab verməyən, köhnə və istismar müddəti bitmiş avtomobillərlə, habelə sürücüləri əhalinin yaşlı təbəqəsindən olan şəxslərin qanunsuz olaraq sərnişin daşıma fəaliyyəti ilə məşğul olmalarının sonda ağır yol qəzalarının baş verməsinə səbəb olması barədə ətraflı məlumat verilib.
Sürücülərə xəbərdarlıq edilib ki, Daxili İşlər Nazirliyinin “Minik avtomobilləri ilə sərnişin daşıma sahəsində təhlükəsizlik tədbirlərinin gücləndirilməsinə dair” və “Avtobuslarla sərnişin daşıma sahəsində təhlükəsizliyin təmin edilməsi barədə” göstərişlərinin icrası ilə əlaqədar olaraq, qanunsuz sərnişin daşımaların qarşısının alınması məqsədilə xidməti ərazidə Dövlət Avtomobil Nəqliyyatı Xidməti Şəki Regional Şöbəsinin əməkdaşları ilə birlikdə reydlər keçiriləcəkdir. Reydlər zamanı qanunvericiliklə müəyyən edilmiş qaydada texniki baxışdan keçməyən, istismara yararsız, əlavə avadanlıq quraşdırılmış, reysqabağı texniki vəziyyəti yoxlanılmayan, sərnişin daşıma ilə məşğul olmaq üçün “Fərqlənmə nişanı” olmayan, iri və kiçik tutumlu avtobusların, eləcə də, reysqabağı tibbi müayinədən keçməyən və müvafiq kateqoriyası olmayan sürücülər yol hərəkətindən kənarlaşdırılacaqdır. Daha sonra, avtobus sürücülərinin müvafiq kateqoriyasının olub-olmaması, eləcə də reysqabağı tibbi müayinədən keçib-keçməmələri yoxlanılmış, hər hansı bir çatışmazlıq aşkar edilməmişdir. Bu cür yoxlamaların və profilaktiki tədbirlərin mütəmadi olaraq davam etdiriləcəyi bildirilmişdir.
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur














