Şəki hava limanı bərbad vəziyyətdədir - Video

Şəkidə 60 il il təyyarələrin enib-qalxdığı hava limanı bərbad vəziyyətdədir. Avtosfer.az xəbər verir ki, 1932-ci ildən istismara verilən və 1997-ci ildə fəaliyyəti dayandırılan Şəki hava limanı vasitəsilə vaxtilə həm sərnişinlər, yüklər daşınıb, həm də kənd təsərrüfatı üçün kimya aviasiya tədbirləri həyata keçirilib.Təyyarə limanının 1600 m əsas uçuş zolağı və köməkçı zolaqları var. Əvvəllər daha cox istifadə olunan "YAK 40" təyyarələrinin uçuşunun dayandırılması Şəki hava limanının fəaliyyətdən qalmasına səbəb olub. Hazırda hava limanını ot basıb.
Hava limanının rəhbəri Çingiz Süleymanlı bildirir ki, aeroportun müasir tələblərə uyğun yenidən qurulmasına böyük ehtiyac var.
Uzun illər Şəkinin turizm sahəsində çalışan şəxslər də hava limanının yenidən fəaliyyətə başlamasının həm bölgənin inkişafı, həm də turistlərin bu əraziyə rahat gəlməsi üçün önəmli hesab edirlər.
Şəkiyə turist kimi gələn xarici vətəndaşlar da hava limanı olmadığına görə şəhərə gəlməyin bir qədər çətin olduğunu deyirlər.
Onu da qeyd edək ki, digər bölgələrdə olduğu kimi, Şəkidə də son zamanlar turistlərin gecələməsi üçün bir sıra yeni otel kompleksləri istifadəyə verilib. Bu isə bura gələn turistlərin sayını əhəmiyyətli dərəcədə artırıb. Hava limanının yenidən istifadəyə verilməsi isə turist axınının bir neçə dəfə artmasına səbəb ola bilər.
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur












