Sifariş verilən avtomobil 2026-cı ildə gəlsə, gömrük rüsumu necə olacaq? - AÇIQLAMA

2026-cı ildən hibrid avtomobillərin idxalına vergi güzəşti ləğv ediləcək.
Hazırda avtomobil sifariş verən bir çox vətəndaşın əsas narahatlığı ondan ibarətdir ki, onların sifariş etdikləri nəqliyyat vasitələri Azərbaycana 2026-cı ilin yanvar və ya fevral aylarında daxil olarsa, gömrük rəsmiləşdirilməsi hansı qaydalarla aparılacaq?
Bu avtomobillərə mövcud idxal güzəştləri şamil olunacaq, yoxsa yeni ildən tətbiq edilən qaydalar qüvvədə olacaq?
Mövzu ilə bağlı danışan Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov bildirib ki, məhsul Azərbaycan sərhədinə və gömrük sisteminə daxil olduqda rüsuma və vergiyə cəlb olunur.
Onun sözlərinə görə, 2026-cı ilin yanvarın 1-ə qədər gömrüyə daxil olanlar mövcud qaydalarla, 2026-cı ilin yanvarın 1-dən sonra isə Azərbaycana daxil olanlar həmin dövrün qanunvericilik və qaydalarına əsasən reallaşacaq.
Millət vəkili nəzərə çatdırıb ki, bütün dünyada praktika bu cürdür:
“Belə ki, məhsul və ya xidmət gömrük sisteminə və ya sərhədə daxil olan zaman vergiyə cəlb olunur. Buna uyğun praktika Azərbaycanda da tətbiq olunur. 2026-cı ilin yanvarın 1-dən sonra Azərbaycana daxil olan avtomobillər, o cümlədən digər məhsullar həmin dövrdə hansı qaydalar qüvvədə olacaqsa, onlara uyğun olaraq rüsum və vergiyə cəlb olunacaq”.
Qeyd edək ki, ƏDV dövlətin mal və xidmətlərin üzərinə əlavə etdiyi 18 faizlik dolayı vergidir. Bu vergi büdcəyə ödənilsə də, yük son nəticədə istehlakçının üzərinə düşür, çünki ƏDV birbaşa məhsulun satış qiymətinə daxil edilir.
Xatırladaq ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən, 2019-cu ilin 1 yanvar tarixindən yalnız elektrik mühərriki ilə işləyən avtomobillərin idxalı ƏDV-dən azad edilib. Daha sonra 2022-ci ildən etibarən bu güzəşt həm idxala, həm də satış mərhələsinə şamil olunub. Həmin ildən hibrid avtomobillərin idxalı və satışı da ƏDV-dən azad edilib. Eyni zamanda, Nazirlər Kabinetinin 11 noyabr 2022-ci il tarixli 411 saylı Qərarı ilə istehsal tarixindən 3 ilədək olan elektromobillərin gömrük rüsumu 15 faizdən 0 faizə endirilib./sfera.az
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir












