Sığorta şirkətləri bunu da edəcək - Sürücülərə şad xəbər - VİDEO

Azərbaycanda sığorta şirkəti tərəfindən qəzalı avtomobillərin təmir edilməsi yeni şərtlərlə həyata keçiriləcək. Avtosfer.az xəbər verir ki, avtomobilin təmir edilən bütün hissələrinə minumum 1 il zəmanət veriləcək və təmirin dəqiq müddəti əvvəlcədən sürücülərə bildiriləcək. Bu barədə qərar Azərbaycan Sığortaçılar Assosiasiyası, Maliyyə Bazarlarına Nəzarət Palatası və İcbari Sığorta Bürosu əməkdaşlarının növbəti görüşündə verilib. Hazırda yoxlanış mərhələsində olan sistem sığorta edilənlərə bir çox üstünlüklər verir. Sığorta şirkətləri yalnız bu əsaslarla xidmət göstərən təmir müəssisələri ilə əməkdaşlıq edə biləcək. Təmir müəssisəsinin seçilməsi hərrac üsulu ilə olacaq. Bundan başqa, sığorta şirkəti şərtlər uyqun olduqu halda avtomobili təmir edilən şəxsin yaşayış yerinə yaxın olan təmir müəssisəsini seçməlidir. Hazırda bu layihə yoxlanış mərhələsindədir, özünü doğruldacağı təqdirdə növbəti həftədən etibarən tətbiq ediləcəyi gözlənilir.
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur












