Şimal-Cənub nəqliyyat dəhlizinin sınağına başlanılıb

Azərbaycan, Rusiya, İran və Hindistan aprelin 29-da idman avtoyürüşü çərçivəsində Şimal-Cənub nəqliyyat dəhlizinin sınaqdan keçirilməsinə başlayıblar. Avtosfer.az “Trend”ə istinadən xəbər verir ki, İranın Yol və Şəhər Quruculuğu Naziriliyinin məlumatına görə, tədbir Hindistanın Yük Ekspeditorları Federasiyası və "Kalinga Motor" idman klubu tərəfindən birgə təşkil olunub. Yürüşün təşkilində İranın Xarici İşlər və Yol Təsərrüfatı nazirlikləri, Avtomobil və Motosiklet Federasiyası və Gömrük İdarəsi iştirak ediblər.
30 günlük ralli Şiraz, İsfahan, Tehran, Qəzvin, Rəşt, İran ərazisindəki Astara limanı, Moskva, Sankt-Peterburq marşrutu ilə davam edəcək və eyni marşrut ilə geri Çabahara qayıdacaq. Yürüşə 20 yük maşını, ümumilikdə 39 iştirakçı qatılıb. Rusiya, İran və Azərbaycandan hərəsindən bir yük maşını və Hindistandan 17 yük avtomobili iştirak edir.
Bununla da söhbət faktiki olaraq Şimal-Cənub nəqliyyat dəhlizinin ilk irimiqyaslı qət olunmasından gedir. Bu isə nəqliyyat dəhlizinin genişmiqyaslı real istismarı deməkdir.
Qeyd edək ki, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi Şimali Avropanı Cənub-Şərqi Asiya ilə birləşdirməyə, o cümlədən Azərbaycan, İran və Rusiyanın dəmir yollarını birləşdirməyə yönəlib. Birinci mərhələdə dəhliz vasitəsilə ildə 5 milyon, daha sonra isə 10 milyon tondan çox yük daşınması nəzərdə tutulur.
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur












