Şinlərə artıq hava vurmağın zərəri

Köhnə sürücülərdə belə bir daşlaşmış fikir fortmalaşmışdı ki, təkərə hava normadan bir qədər yuxarı vurulmalıdır. Guya bu zaman maşın daha rahat gedir. Bu həm də sovet təkərlərinin keyfiyyətsizliyindən irəli gəlirdi.
Sürücü addımbaşı havası seyrələn təkəri doldurmamaq üçün bir dəfəyə çox hava vururdu. Bəs bunun faydası və ya ziyanı varmı?
Avtosfer.az xəbər verir ki, təkərdəki hava ilkin amortizator rolunu oynayır. Hava şini yerə yapışmaqdan qorumaqla yanaşı yoldakı ilk zərbələri qarşılayır və yumşaldır. Bu da asqı sisteminin detallarına zərbənin azalmasına kömək edir.
Lakin təkər çox doldurulduqda artıq hava bu funksiyasını itirir. Təkər sərləşir, orta hissəsi sürətlə sıradan çıxır, komfort azalır. Əlavə olaraq asqı sisteminin detalları zərbə alaraq sürətlə aşınır. Ən əsası, avtomobil dayanıqlığını itirir, döngələrdə yoldan çıxmağa meylli olur.
Buna görə də, avtomobilin şinlərindəki havanı soyuq ikən yoxlamaq, yalnız zavodun tövsiyə etdiyi təzyiqdə hava vurmaq lazımdır.
Vüqar Yaşaroğlu
Şinlərin təzyiqi: Əksəriyyətin buraxdığı səhvlər
Bu maşınlar ucuzlaşacaq - YENİ QAYDALAR GƏLİR
Vəsiqəsiz şəxslərə avtomobil verənlərə XƏBƏRDARLIQ - VİDEO
Avropa məhkəməsi "MAZ" və "BELAZ"ın iddiasını rədd etdi
Maşında musiqiyə qulaq asanlar CƏRİMƏLƏNƏCƏK
"Audi" məşhur modelin istehsalını dayandırdı - FOTO
“Land Rover” "BYD"ni məhkəməyə verdi
100 kilometrə 5 litrdən az yanacaq sərf edən 10 dizel avtomobili – SİYAHI
Avropanın avtomobil sənayesi: Tarixin təkərrürü yoxsa imitasiya? - FOTO
"Jaguar Land Rover" BYD-ni ŞİKAYƏT EDİB
Maşını olmayanların üzünü güldürəcək ŞAD XƏBƏR












