Siqnalla təbrik: Afrikaya bənzəməyə çalışırıq? - FOTO

Son günlərdə Bakıda trendə çevrilmiş siqnallı təbriklər mənə bir Afrika ölkəsində rastlaşdığım hadisəni xatırlatdı. Şəhərdə böyük bir reklam bannerində yazılmış sürücülük imtahanının sualı belə idi: “siqnalla təşəkkür etmək olarmı?” 3 cavab təklif edilirdi.
Bu sual mənim təəccübümə səbəb olsa da, yerli əhali ilə söhbətdə reklamın əbəs olmadığını gördüm. Məlum oldu ki, bu Qərbi Afrika ölkəsində səs siqnallarından lüzumsuz istifadənin qarşısını almaq üçün ciddi tədbirlər görülüb. Artıq vəziyyət kifayət qədər normallaşıb. Mübarizə üçün təbliğatla paralel cərimə də tətbiq edilib. Siqnaldan necə istifadə edilməsinə dair suallar sürücülük imtahanlarına daxil edilib, şəhərlərdə polis reydləri ilə qayda pozanlar cərimələnib.
Xalqımızın bir gözəl məsəli var: “biri quyuya bir daş atdı, yüzü çıxara bilmədi”. Kiminsə bir-iki həftə əvvəl avtomobilin üzərinə yazdığı “siqnal ver təbrik et” kimi mesajların trendə çevrilməsi əlavə narahatlıq və səs çirkliliyi yaradır. İnanıram ki, bunu heç kim pis niyyətlə etməyib. Lakin, zarafatın da bir həddi olmalıdır.
Lakin bu fotodakı afrikalı qadın qanuna uyğun davranaraq avtomobilin arxa şüşəsinə “DİQQƏT: TƏCRÜBƏSİZ SÜRÜCÜ” elanı yapışdırıb.
Vüqar Yaşaroğlu

Sürücülər bunu bilmir: 20 manat əlavə ödə, 10 min al
Məşhur bloqer oğurlanan superkarını internetdə gördü - Küçədə "drift" edərmiş
8 min manata “Hyundai”, 14 min manata “Prado”...
Avtomobil saxlamaq bahalaşır – Sürücülərin xərcləri artır
Azərbaycana gətirilən bahalı avtomobillərin sayı artdı - Rəqəmlər
“Mercedes” Almaniyaya investisiya qoyuluşunu dayandırır
Azərbaycanda Çinin seçilən markalarına zəmanət veriləcək
Şinlərin təzyiqi: Əksəriyyətin buraxdığı səhvlər
Bu maşınlar ucuzlaşacaq - YENİ QAYDALAR GƏLİR
Vəsiqəsiz şəxslərə avtomobil verənlərə XƏBƏRDARLIQ - VİDEO
Avropa məhkəməsi "MAZ" və "BELAZ"ın iddiasını rədd etdi












