Sosial yardım alan şəxs yarım milyonluq “Ferrari” sürürmüş

Fransa polisinin Var departamentində polis reydi böyük fırıldaqçılığın üstünü açıb.
Avtosfer.az xəbər verir ki, jandarmlar 247 km/saat sürətlə hərəkət edən “Ferrari”ni saxladıblar.
Sənəd yoxlaması zamanı sürücünün daimi yaşayış yeri olmadığı (danışıqda “bomj”) üzə çıxıb. Sürücü avtomobilin onun anasına məxsus olduğunu iddia edib.
Avtomobil dayanacağa yerləşdirilərək araşdırma aparıldıqda isə böyük fırıldaqçılıq üzə çıxıb. Məlum olub ki, sürücü daşınmaz əmlak şirkətinə sahibdir. Şirkətin əməkdaşları isə onun anası və digər qohumlarıdır.
8 aylıq təhqiqat zamanı məlum olub ki, 250 min avroluq (500 min manat) maşını sürən şəxs uzun müddətdir dövlətdən sosial yardım alırmış. İllər ərzində dövlətdən alınmış yardımın dəyəri 2 milyon avroya (4 milyon manat) yaxındır. Bank sənədlərinin yoxlanması zamanı yüz minlərlə avroluq pul köçürmələri də üzə çıxıb
Axtarış zamanı müstəntiqlər 3 avtomobil və 300 min manatlıq lüks malları və 80 min avro nağd vəsaiti müsadirə ediblər.
Təqsirləndirilən şəxslərə qarşı 3 maddə ilə ittiham irəli sürüılüb. Məhkəmə oktyabrda keçiriləcək.
Vüqar
Sürücülər bunu bilmir: 20 manat əlavə ödə, 10 min al
Məşhur bloqer oğurlanan superkarını internetdə gördü - Küçədə "drift" edərmiş
8 min manata “Hyundai”, 14 min manata “Prado”...
Avtomobil saxlamaq bahalaşır – Sürücülərin xərcləri artır
Azərbaycana gətirilən bahalı avtomobillərin sayı artdı - Rəqəmlər
“Mercedes” Almaniyaya investisiya qoyuluşunu dayandırır
Azərbaycanda Çinin seçilən markalarına zəmanət veriləcək
Şinlərin təzyiqi: Əksəriyyətin buraxdığı səhvlər
Bu maşınlar ucuzlaşacaq - YENİ QAYDALAR GƏLİR
Vəsiqəsiz şəxslərə avtomobil verənlərə XƏBƏRDARLIQ - VİDEO
Avropa məhkəməsi "MAZ" və "BELAZ"ın iddiasını rədd etdi












