Sovetin əfsanəsi geri döndü: yeni “Volqa” fantastik qiymətə satışda - FOTO

Yeni nəsil Volqa K50 modeli təqdim olunub. Avtosfer.az "Musavat.com"a istinadən xəbər verir ki, Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda (SPIEF-2026) yenilənmiş Volqa markasının flaqman modeli olan Volqa K50 nümayiş etdirilib. Məlumata görə, avtomobil Çin istehsalı olan" Geely Monjaro" modeli bazasında yaradılıb. Yeni modelin baza komplektasiyasına panoram dam və lyuk, salon işıqlandırması, 12 dinamikli audio sistem, tam qış paketi, yaddaş funksiyalı elektrik tənzimləməli oturacaqlar, ön oturacaqların ventilyasiyası və masaj funksiyası daxildir. Bildirilir ki, avtomobilin seriya istehsalına bu ilin ikinci rübündə başlanılıb. Zavodun illik istehsal gücünün 110 min avtomobilə çatdırılması planlaşdırılır. "Volqa K50"-nin satış qiyməti 4,2 milyon rubl ( 90 min manat civarında) olaraq göstərilir. Müqayisə üçün, avtomobilin bazasında yaradıldığı "Geely Monjaro" modeli Çində 1,5 milyon rubla ( 32 min manat civarında) satılır.
Benzin və dizel maşın sürənlərin NƏZƏRİNƏ: XƏBƏRDARLIQ
Saatlarla avtomobildə vaxt keçirənlərə pis xəbər!
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu













