Sükanı da yoxdur, sürücüsü də: ABŞ-də robot-taksilər dövrü başlayır

ABŞ-nin Milli Avtomobil Yollarında Hərəkətin Təhlükəsizliyi İdarəsi (NHTSA) "Amazon" korporasiyası tərəfindən hazırlanmış elektriklə işləyən robot-taksilərin kommersiya məqsədilə istismarı üçün "Zoox" şirkətinə müvəqqəti icazə verib.
Avtosfer.az "Kommersant" nəşrinə istinadən xəbər verir ki, bu, sükan çarxı və əyləc pedalı olmayan avtonom taksilər üçün verilən ilk belə icazədir.
Məlumata görə, nəqliyyat vasitələri hərəkət zamanı yalnız məsafədən nəzarət edən operator tərəfindən idarə olunur. NHTSA eyni zamanda bu tip pilotsuz avtomobillər üçün ümumi tənzimləmə standartlarının hazırlanması üzərində də çalışır.
Hazırda bu cür robot-taksilər Las-Veqas və San-Fransiskoda sınaq rejimində sərnişinləri ödənişsiz daşıyır. "Zoox" avqust ayında Las-Veqasda ödənişli robotaksi xidmətini istifadəyə verməyi planlaşdırır. Daha sonra xidmətin ABŞ-nin digər ştatlarında da fəaliyyətə başlaması nəzərdə tutulur.
NHTSA-nın verdiyi icazə "Zoox"a yaxın iki il ərzində hər il 2 500-dək robot-taksini istismara buraxmaq imkanı yaradır.
Qeyd edək ki, "Zoox" robot-taksilərində oturacaqlar qarşı-qarşıya yerləşdirilib və avtomobil saatda 120 kilometrədək sürət yığa bilir.
Sürücülər bunu bilmir: 20 manat əlavə ödə, 10 min al
Məşhur bloqer oğurlanan superkarını internetdə gördü - Küçədə "drift" edərmiş
8 min manata “Hyundai”, 14 min manata “Prado”...
Avtomobil saxlamaq bahalaşır – Sürücülərin xərcləri artır
Azərbaycana gətirilən bahalı avtomobillərin sayı artdı - Rəqəmlər
“Mercedes” Almaniyaya investisiya qoyuluşunu dayandırır
Azərbaycanda Çinin seçilən markalarına zəmanət veriləcək
Şinlərin təzyiqi: Əksəriyyətin buraxdığı səhvlər
Bu maşınlar ucuzlaşacaq - YENİ QAYDALAR GƏLİR
Vəsiqəsiz şəxslərə avtomobil verənlərə XƏBƏRDARLIQ - VİDEO
Avropa məhkəməsi "MAZ" və "BELAZ"ın iddiasını rədd etdi












