Süni intellekt avtomobil dələduzlarının xidmətində

Dünyanın hər yerində onlayn alış veriş və nağdsız ödənişlər adi hala çevrilib. Bu da təəssüf ki, sadə insanlarla yanaşı, dələduzların da işinə yarayır.
Avtosfer.az xəbər verir ki, avropalı istehsalçılar məsələ ilə bağlı həyəcan təbili çalırlar. “Volkswagen” şirkətinin bu günlərdə yaydığı pres-relizdə məsələnin təfərrüatı açıqlanır.
Sxem belə işləyir: şirkətin adına oxşar sayt yaradılaraq az işlənmiş avtomobillər ucuz qiymətə təklif edilir. Məsələn “volkswagen-fahrzeuge.de”, “volkswagendasauto.de” və “vw-kundenportal.de” saytlarının istehsalçıya heç bir aidiyyəti yoxdur. Saytlar avtomobil seçildikdən sonra məbləğin hansısa hesaba ödənilməsini tələb edir. Ödənişdən sonra isə heç kimlə əlaqə saxlamaq mümkün olmur. Ötən gün Belçikadan bir nəfərin bu yolla 19 min avrosu mənimslənilib.
Oxşar açıqlama ilə Almaniyanın başqa istehsalçıları da çıxış ediblər. Onlar bildiriblər ki, maşınlar onlayn deyil, yalnız dilerlərdə satılır. Fiziki olaraq görmədiyiniz maşınla bağlı heç bir sövdələşməyə getməyin.
Bu yerdə dələduzların köməyinə süni intellekt (Sİ) gəlir. Onun vasitəsi ilə orijinalla tam oxşar sənədlər hazırlamaq, avtomobilin fotolarını korreksiya etmək, yaxud mövcud polmayan maşını düzəltmək mümkündür. Məsələn, bu fotoda gördüyünüz, endirimlə təklif edilən “Mercedes” fiziki olaraq mövcud deyil, Sİ vasitəsilə düzədilib.
Nəzərə alaq ki, ölkəmizdə Çin maşınları populyarlaşsa da, hələ də Avropa avtomobillərinə maraq azalmayıb. Almaniya, Belçika və digər ölkələrin saytlarında bu gün də həmvətənlərimiz avtomobil axtarırlar.
Vüqar Yaşaroğlu
Benzin və dizel maşın sürənlərin NƏZƏRİNƏ: XƏBƏRDARLIQ
Saatlarla avtomobildə vaxt keçirənlərə pis xəbər!
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu












