Sürücülər Hacıbala Abutalıbovla görüşdü - Yük maşınlarına yeni marşrut verildi
Bu gün baş nazirin müavini, Nazirlər Kabineti yanında "Yol Hərəkəti Təhlükəsizliyi Komissiyası"nın sədiri Hacıbala Abutalıbov Bakı şəhərində bir qrup yük maşınının sürücüsünü qəbul edib. Avtosfer.az xəbər verir ki, qəbulda Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov və digər səlahiyyətli şəxslər də iştiurak edib.
Təxminən 40-a yaxın sürücünün iştirak etdiyi görüşdə H.Abutalıbov onları narahat edən məsələləri dinləyib, suallarını cavablandırıb.
Sürücülər bildiriblər ki, onlar günün qadağa olmayan müddətdə Bakı şəhərində hərəkətdə olarkən, nəqiliyyat vasitəri elektron qaydada cərimələnir və bir gündə, bəzən 5, 7 elektron qərar tərtib edilib. Bu isə sürücülərin haqlı narazılığına səbəb olub, gündəlik 200-300 manat məbləğində cərimə deməkdir. Sürücülər etiraz edərək diqqətə çatdırıblar ki, onların dolanışığı məhs bu yükdaşıma fəaliyyətindən çıxır. Buna görə də onlara hər hansı şərait yaradılmalıdır.
H.Abutalıbov sürücülərin hər birini fərdi qaydada dinləyib və sualları cavablandırıb. Sürücülər yeni marşurutlar barədə təkliflər versələr də, H.Abutalıbovun göstərişi ilə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları onlara qadağa qüvvədə olan saatlarda hərəkət sxemini tərtib edərək siyahı təqdim ediblər. Həmin siyahı 5 bənddən ibrarətdir və şəhərin müxtəlif istiqamətlərində yük maşınlarının hərəkətini tənzimləyir. Həmin siyahıdakı küçə və prospektlərdə yük avtomobillərin hərəkətinə icazə verilir. Lakin sürücülər H.Abutalıbovdan başqa marşurutlar üzrə də yol verilməsini xahiş ediblər. Baş nazirin müavini isə qeyd edib ki, bununla bağlı araşdırma aparılandan sonra müəyyən addımlar atıla bilər. Hələlik isə bir neçə məqbul variant üzərində iş gedir.
V.Əsədov bildirib ki, görüş çox səmərəli keçib, sürücülər razı qalıblar, onları narahat edən suallara cavab verilib. DYP-nin tərtib etdiyi marşurut siyahısı onlara ayrı-ayrılıqda təqdim edilib və həmin marşurt üzrə hərəkət etmələri tövsüyə olunub. Bildirilib ki, bu marşurutdan kənara çıxan sürücülər noyabrın 15-dən etibarən elektron cərimələrlə cəzalandırılacaqlar.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Hol Hərəkəti Təhlükəsizliyi Komissiyası"nın 30 iyun 2015-ci il tarixli, 1 nömrəli protokol Qərarında nəzərdə tutulmuş qadağa saatlarında Bakı Şəhərində yük avtomobillərinin sürücüləri yük daşımalarını aşağıdakı küçə və prospektlərdən istifadə etməklə həyata keçirə bilərlər.
1. Lökbatan dairəsi-Xocahəsən yolu-Sulutəpə qəsəbəsi-Binəqədi yolu (Baş Dövlət Yol Polisi İdarəsinin qarşısı)-Mehdabad yolu-Balaxanı yolu-Zabrat Maştağa yolu-Albalılıq yolu-Mərdəkan yolu-Şüvalan yolu-Qala yolu-Türkan yolu-Pirallahlı yolu-Hösan yolu-Suraxanı-Yeni Günəşli-Gen.Mehmandarov küçəsi-Neapol dairəsi-Ukrayna dairəsi-Gəncə prospekti-Zığ yolu-Beton yolu-Hövsan
2. Sumqayıt yolu-Biləcəri yolu (Daş Bazarı)-Binəqədi şossesi-sola Baksol yolu-Biləcəri qəsəbəsinin içi (yük boşaltma məntəqsi) avtovağzal istiqamətində və əksinə, Baksol yolu-Taxta Bazarı və əksinə
3. Ə.Rəcəblidə geriyədönmə yeri, "Şır-şır" restoranının yanı, "Taxta" bazarı
4. "Çerment" körpüsünün altı, Z.Bünyadov prospekti, Koroğlu metrostansiyası istiqamətində tunelin üstü, Ziya Bünyadov prospektindən-Ələsgər Qayıbov və Xalqlar dostluğu küçələrinə (Heydər Əliyev prospektinə çıxmamaq şərti ilə) "Lukoil" YDM-nin yanından geriyədönmə yeri "Baku Streel Kompani" istiqmətində
5. Qaradağ rayonu ümumilikdə, Pirallahı rayonu, Mehdabad qəsəbəsi, Balaxanı qəsəbəsi, Zabrat qəsəbəsi, Maştağa qəsəbəsi, Kürdəxanı qəsəbəsi, Abadlılıq qəsəbəsi, Nardaran qəsəbəsi, Bilgəh qəsəbəsi, Mərdəkan qəsəbəsi, Şüvalan qəsəbəsi, Qala qəsəbəsi, Türkan qəsəbəsi, Biləcəri qəsəbəsi, Binəqədi kəndi, Sulutəpə qəsəbəsi, Xocahəsən qəsəbəsi, Yeni Günəşli qəsəbəsi, Suraxanı qəsəbəsi.
Elmin