Sürücülərə cərimə yazan bu şəxslərin üzərinə kamera quraşdırılacaq - Diqqət

Son olaylarda sürücülər tərəfindən BNA əməkdaşlarına qarşı kəsici-deşici alətlərdən istifadə olunub. Dayanma, durma və parklanma qaydalarını pozan sürücülərə qarşı inzibati tənbeh tədbirlərini həyata keçirən əməkdaşlarımıza qarşı kobud rəftarın vaxtında daha operativ araşdırılması və belə hallara yol verən şəxsin vaxtında müəyyən edilməsi ilə bağlı ərazidə xidmət aparan əməkdaşların üzərinə audio-video qeydiyyat aparmaq imkanına malik cihazların quraşdırılmasını planlaşdırırıq. Bu sözləri Axar.az-a Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev agentliyin əməkdaşlarına qarşı sürücülər tərəfindən hücum edilməsi hallarının qarşısının alınması tədbirləri barədə danışarkən deyib. M.Ağayev bildirib ki, gələcəkdə bu iş kameralar vasitəsilə həyata keçiriləcək: “Bu, həm də sürücülərlə yaranan digər mübahisələrin obyektiv araşdırılması baxımından əhəmiyyətlidir. Lakin ümumilikdə bizim məqsədlərimizdən biri inzibati tənbeh tədbirlərinin görülməsinin kameralar vasitəsilə həyata keçirilməsinə nail olmaqdır. Gələcəkdə bu iş daha çox məhz kameralar vasitəsilə həyata keçiriləcək. Bunun üçün qanunvericilikdə müəyyən dəyişiklik olmalıdır. Bu səbəbdən müvafiq işlər görülür”.
Qeyd edək ki, son vaxtlar Bakı Nəqliyyat Agentliyinin dayanma və durma qaydalarını pozan sürücülərə qarşı inzibati tənbeh tədbirlərini həyata keçirən əməkdaşlarına qarşı küt və kəsici-deşici alətlərlə hücuma cəhd edilib.
Saatlarla avtomobildə vaxt keçirənlərə pis xəbər!
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
















