Sürücülərə XƏBƏRDARLIQ: Qovaq ağacının tozu avtomobilləri sıradan çıxara bilər

Yaz və yay aylarında qovaq ağaclarının çiçəklədiyi vaxt havaya buraxdığı toxumlar təkcə allergik reaksiyalara səbəb olmur. Bu təbii hadisə avtomobillər üçün də ciddi təhlükə yaradır.
Avtosfer.az-ın gazeta.ru-ya istinadla verdiyi məlumata görə, bu barədə Rusiyanın Perm Milli Tədqiqat Politexnik Universitetinin mütəxəssisləri xəbərdarlıq ediblər.
Onların sözlərinə görə, qovaq ağacının tozu avtomobilin radiatoruna dolaraq onu tıxaya bilər, bu isə mühərrikin soyutma sisteminin pozulmasına və nəticədə həddindən artıq qızmasına gətirib çıxarır və radiatorun normal işləməsinə mane olur.
Alimlər vurğulayırlar ki, radiatorun bu cür tıxanıqlardan təmizlənməsi avtomobilin ön hissəsinin sökülməsini tələb edə bilər. Bu isə həm vaxt itkisi, həm də əlavə xərclər deməkdir.
Bundan əlavə, kondisionerlərin filtrləri vaxtında təmizlənməzsə, qovaq toxumları sistemi tıxayaraq havalandırmanı zəiflədir və mühərrikin əlavə istilik yükünə məruz qalmasına səbəb olur.
Qovaq ağaclarının aktiv pöhrələnmə dövründə sürücülərə məsləhət görülür ki, radiator və kondisioner sistemlərini mütəmadi olaraq yoxladıb təmizlətdirsinlər. Bu, avtomobilin texniki vəziyyətini qorumağa və baha başa gələcək təmirdən yayınmağa kömək edəcək.
Sürücülər bunu bilmir: 20 manat əlavə ödə, 10 min al
Məşhur bloqer oğurlanan superkarını internetdə gördü - Küçədə "drift" edərmiş
8 min manata “Hyundai”, 14 min manata “Prado”...
Avtomobil saxlamaq bahalaşır – Sürücülərin xərcləri artır
Azərbaycana gətirilən bahalı avtomobillərin sayı artdı - Rəqəmlər
“Mercedes” Almaniyaya investisiya qoyuluşunu dayandırır
Azərbaycanda Çinin seçilən markalarına zəmanət veriləcək
Şinlərin təzyiqi: Əksəriyyətin buraxdığı səhvlər
Bu maşınlar ucuzlaşacaq - YENİ QAYDALAR GƏLİR
Vəsiqəsiz şəxslərə avtomobil verənlərə XƏBƏRDARLIQ - VİDEO
Avropa məhkəməsi "MAZ" və "BELAZ"ın iddiasını rədd etdi












