Sürücülərimiz bu avtomobillərə üstünlük verir - STATİSTİKA

Azərbaycan avtomobil bazarına dair yeni statistika paylaşılıb.
Avtosfer.az xəbər verir ki, səhifənin məlumatına görə, ötən il ölkəyə 113 840 minik avtomobili idxal edilib.
Ən çox idxal olunan avtomobil “BYD” markalı Çin maşını olub. Belə ki, ötən il ölkəyə 10 186 “BYD” gətirilib. Bu göstərici 2024-cü illə müqayisədə 632 faiz artım deməkdir. Müqayisə üçün qeyd edək ki, 2024-cü ildə Azərbaycana cəmi 1 392 ədəd “BYD” idxal olunub.
Keçən il ölkəyə ən çox idxal olunan avtomobil markası da Çinə məxsusdur. Belə ki, 2025-ci ildə ölkəyə 9 509 ədəd “Changan UNI Z” markalı avtomobil idxal edilib. Bu isə 2024-cü illə müqayisədə 100% artımdır.
“Changan” şirkətinə məxsus digər modellər də ciddi artım nümayiş etdirib:
-“Nevo A05” - 6 803 ədəd (613% artım)
-“Nevo Q07”- 5 094 ədəd (100% artım)
-“Nevo Q05”- 3 250 ədəd (355% artım)
-“Changan CS55”- 2 495 ədəd (100% artım)
Bununla yanaşı, ötən il Azərbaycana idxalı azalmış avtomobil markalarının da adı və sayı məlum olub. Belə ki, ötən il 2773 Hyundai (-7%), 1609 Chevrolet Cobalt (-57,4%), 1037 Li Auto (-15%) və 879 KİA (-8%) markalı avtomobillər gətirilib. Bu 2024-cü ilin göstəricilərindən müəyyən qədər azdır. /modern
Avtomobil ehtiyat hissələrinin idxalı azalıb - VİDEO
Azərbaycanın avtomobil hissələrinin idxalına çəkdiyi xərci 13 faiz azalıb
Dizel mühərrikli avtomobillərlə bağlı AÇIQLAMA
Payızdan avtomobillər bahalaşa bilər - AÇIQLAMA
Yay istirahəti başa çatdı - AVTOMOBİLDƏ BUNLARI EDİN
Azərbaycana idxal olunan minik avtomobillərinin sayı niyə azalıb? - AÇIQLAMA - FOTO
Avtonom və tam avtomat idarəetmə: Sürücü məsuliyyətdən azad edilmir
Maşın alarkən sizi belə aldadırlar: Alıcıların çoxu bu detalı görmür
Gürcüstanda avtomobillərə "alkoqol bloklaması" sistemi quraşdırıla bilər
Şinlərin təzyiqi öz-özünə arta bilərmi?
Avtomobilə qaz balonu quraşdırmaq hansı halda təhlükəli ola bilər? - AÇIQLAMA










