Sürücülərin nəzərinə: bu küçələr 2 gün bağlı olacaq

26 iyun- Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illik yubileyi münasibətilə keçiriləcək hərbi parada hazırlıq məqsədilə 24 iyundan etibarən təlim məşqləri başlayacaq. Təlimlər paytaxtın Neftçilər prospekti boyu Azadlıq meydanında keçiriləcək. Bu barədə Avtosfer.az-a açıqlama verən Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polkovnik Vaqif Əsədov bildirib ki, bəzi küçə və prospektlərində avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq. Belə ki, Azadlıq meydanı istiqamətində Neftçilər prospektilə avtomobillərin hərəkəti Üzeyir Hacıbəyov küçəsi ilə hərəkətin əksinə olaraq Cavanşir körpüsündən keçməklə Yusif Səfərov küçəsi istiqamətində müəyyənləşdirilib. "Əhalidən və avtomobil sürücülərindən xahiş olunur ki, bunları nəzərə alaraq yollarda sıxlıq, tıxac yaranmaması, qəzaların baş verməməsi üçün ictimai nəqliyyatdan istifadəyə üstünlük versinlər və ya bu istiqamət üzrə şəxsi avtomobillərdən istifadə etməsinlər."
Orxan
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur












