Sürücülərin NƏZƏRİNƏ: Əyləc sisteminin ömrünü azaldan gizli amillər

Son vaxtlar avtomobil sahibləri əyləc balatalarının (əyləc qəliblərinin) sürətlə yeyilməsindən daha çox şikayət edirlər. Belə ki, əvvəllər bir dəst əyləc balatası 40 000-50 000 kilometr məsafə üçün kifayət edirdisə, hazırda bu göstərici 30 000 kilometrə qədər enib.
Avtosfer.az xəbər verir ki, məsələ ilə bağlı "Rossiyskaya qazeta"ya açıqlama verən avtomobil eksperti Nikita Rodionov problemin kökünü izah edib.
Mütəxəssisin sözlərinə görə, əyləc balatalarının tez yeyilməsinin başlıca səbəbi çox vaxt detalın keyfiyyəti deyil, məhz avtomobilin istismar şərtləridir: "Bu problem tıxaclı şəhər yollarında hərəkət, ani sürətlənmə və sərt tormozlama, eləcə də fasiləli hərəkət rejimi kimi faktorların birləşməsindən qaynaqlanır".
Ekspert qeyd edib ki, davamlı olaraq sərt tormoz vermək balataların həddən artıq isinməsinə, onların səthində mikroçatların və yanıq izlərinin yaranmasına gətirib çıxarır. Bu da materialın normaldan daha tez sıradan çıxması ilə nəticələnir. Xüsusilə dağlıq ərazilərdə və mühərriklə tormozlama tətbiq etmədən uzun enişlərdə hərəkət edərkən əyləc sisteminə düşən yük kəskin şəkildə artır, nəticədə həm disklərin, həm də balataların istismar müddəti təxminən iki dəfə azalır.
Bundan əlavə, düzgün ehtiyat hissəsinin seçimi də böyük əhəmiyyət kəsb edir. Müasir avtomobil bazarı keyfiyyətsiz, sertifikatı olmayan detallar və tanınmış markaların saxta nüsxələri ilə zəngindir. Ekspert onu da əlavə edib ki, bir çox sürücünün önəmsəmədiyi kaliperlərin və istiqamətləndirici elementlərin texniki sazlığı da əyləc sisteminin ömrünə ciddi təsir göstərən əsas amillərdəndir.
Sürücülər bunu bilmir: 20 manat əlavə ödə, 10 min al
Məşhur bloqer oğurlanan superkarını internetdə gördü - Küçədə "drift" edərmiş
8 min manata “Hyundai”, 14 min manata “Prado”...
Avtomobil saxlamaq bahalaşır – Sürücülərin xərcləri artır
Azərbaycana gətirilən bahalı avtomobillərin sayı artdı - Rəqəmlər
“Mercedes” Almaniyaya investisiya qoyuluşunu dayandırır
Azərbaycanda Çinin seçilən markalarına zəmanət veriləcək
Şinlərin təzyiqi: Əksəriyyətin buraxdığı səhvlər
Bu maşınlar ucuzlaşacaq - YENİ QAYDALAR GƏLİR
Vəsiqəsiz şəxslərə avtomobil verənlərə XƏBƏRDARLIQ - VİDEO
Avropa məhkəməsi "MAZ" və "BELAZ"ın iddiasını rədd etdi












