Sürücülərin nəzərinə: pərdədən istifadə müddəti bitir - VİDEO

Avtomobillərin yan şüşələrinə vurulan jalüzlərin istifadə müddətinin bitməsinə 3 gün qalıb. Ölkəmizdə tətbiq edilən qanuna əsasən mayın 1-dən noyabrın 15-nə kimi olan müddətdə avtomobillərin arxa yan şüşələrində jalüz və görməni məhdudlaşdıran digər vasitlərdən istifadəyə icazə verilir. Bu müddətdən sonra isə sürücüləri cərimə gözləyir. Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyevin sözlərinə görə, sürücülər cərimələnməmək üçün diqqətli olmalıdır. Bu qadağa əksər avtomobilin arxa qapısında olan kiçik ölçüsü şüşə üçün də keçərlidir. Çünki bəzi sürücülərin buna məhəl qoymaması səbəbindən daha sonra sürücü ilə yol polisləri arasında mübahislərin yaşanmasına səbəb olur. Qeyd edək ki, hazırda arxa şüşələrə plyonkaların çəkilməsi qiyməti istifadə edilən materialın keyfiyyətindən asılı olaraq 15-30 manat arasında dəyişir.
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur












