Sürücülərin NƏZƏRİNƏ: Bu avtomobillər bahalaşacaq

Azərbaycanda taksi fəaliyyətinə qoyulan məhdudiyyətlər və icazələrin sayının azaldılması məsələsi avtomobil bazarında, xüsusilə hibrid və elektrik maşınların qiymətinə mümkün təsirlərlə bağlı suallar doğurub.
Avtosfer.az-ın məlumatına görə, mövzu ilə bağlı Konkret.az-a açıqlama verən Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası İdarə Heyətinin sədri Eyyub Əliyev bildirib ki, taksilərlə bağlı məhdudiyyətlər ümumi avtomobil bazarına ciddi təsir göstərməyəcək:
“Taksilərə qoyulan bu məhdudiyyətlər, yəni sayın müəyyənləşdirilməsi bazarda böyük bir problemə gətirib çıxarmayacaq. Bizim avtopark yalnız taksilərdən ibarət deyil. Nəzərə alaq ki, avtoparkımızın 80 faizdən çoxu yaşı 10 ildən yuxarı olan köhnə avtomobillərdir. Onun yenilənməsi təkcə taksi sektoru ilə bağlı məsələ deyil. Ötən illərdə taksilərə lisenziya olmadığı dövrdə bu say 60-65 min idi, hazırda isə 25 minədək azalıb. Lakin ölkə üzrə avtomobil sayı 2 milyona yaxınlaşır və bunun 80 faizi köhnədir. Utilizasiyası prosesi fonunda köhnə avtomobillərin təhvil verilməsi davam edir, buna görə də bazarda durğunluq gözlənilmir”.
Digər tərəfdən, nəqliyyat eksperti Eldəniz Cəfərov hesab edir ki, kvota sistemi müəyyən seqmentlərdə qiymət artımına səbəb ola bilər:
“Düşünürəm ki, taksilərin sayının 25 minlə məhdudlaşdırılması, xüsusilə Çin istehsalı olan hibrid avtomobillərin qiymətinin yüksəlməsinə gətirib çıxara bilər. Çünki bu tip avtomobillər daha çox taksi fəaliyyəti üçün seçilirdi”.
Beləliklə, ekspertlərin fikrincə, taksi icazələrinin məhdudlaşdırılması ümumi bazarda ciddi dalğalanma yaratmasa da, hibrid seqmentində müəyyən qiymət artımı mümkündür.
Avtomobildə amortizatorun yayla birgə tətbiqinin SƏBƏBİ - FOTO
Betmenin avtomobili rekord qiymətə satıla bilər - FOTO
Köhnə “Jiquli”lər üçün yeni mühərriklər satışa çıxarıldı
Azərbaycana artıq bu avtomobillər GƏLİR: Digərləri...
Avtomobillərin katalizatorlarını baha edən nədir? - VİDEO
Ev şəraitində və stansiyalarda şarj edilən avtomobillərin yürüşündə hansı fərqlər var? - VİDEO
Bu avtomobilin təkərləri həm 60 kilometrdən bir dəyişdirilməlidir
Avtomobil şüşəsilənləri belə ortaya çıxıb
Bakıda “Ferrari”lər "Formula-1" trekində yarışdı - VİDEO
Bu halda maşınınızı əlinizdən ALACAQLAR
Traktorun ön və arxa təkərləri niyə fərqli ölçüdədir?












