Tamamilə Yeni RAV4 – Hər macərada daha möhkəm və daha rahat - FOTO

1994-cü ildən bu yana 15 milyon satış rəqəmini ötən Toyota RAV4 kompakt SUV seqmentinin öncüllərindən hesab olunur.İndi isə tamamilə yeni, altıncı nəsil RAV4 fərqli dizaynı və texnoloji innovasiyaları ilə bu irsi davam etdirir.
Avtosfer.az xəbər verir ki, Avtomobilyolsuzluq şəraitindəki qətiyyəti ilə zərif şəhər sürüşləri arasında balansı qorumaqla yanaşı sürücülərə ideal rahatlıq bəxş edir.
Tam yeni “RAV4”ün eksteryeri demək olar ki, yenidən dizayn edilib. Ön hissənin çəkicbaşı xatırladan dizaynı, relyefli kapotu, həmçinin 18 və 20 düymlük diskləri ona daha güclü duruşqazandırır. Bu disklər eyni zamanda avtomobili yerdən kifayət qədər hündürdə saxlayaraq yolsuzluq performansını da gücləndirir. Avtomobilin ön və arxasındakı incə LED faralar isə ona daha müasir və texnologiya yönümlü görünüş qazandırır.
Daxildə sürücüləri yenidən dizayn edilərək müasirləşdirilmişsükan dizaynı, daha enli görüş bucağı üçün 40 mm aşağı endirilmiş ön panel, daha aydın proyeksiyalı displey, və intuitiv rəqəmsal kokpit gözləyir. Burada 12,9 düymlük multimedia ekranı və 12,3 düymlük, sükandan rahat şəkildə görünəncihazlar paneli yerləşdirilib. Əlavə olaraq, ön hissədə iki naqilsizenerji doldurma cihazı və iki 45 Vt güclü USB girişi, arxa hissədə isə eyni güclü üç USB girişi yerləşdirilib ki, bu da uzun səyahətlərdə çox sayda cihazı tam enerji ilə təmin edir.Avtomobil premium görünüş və sərnişin rahatlığı üçün dizayn edilsə də, olduqca geniş yük yerinə də sahibdir.
Yeni RAV4 performansın zirvəsində dayanan Plug-in Hibrid (PHEV) sistemi ilə tam elektrik rejimində 137 km-ə qədər məsafə qət edə bilir. Bu model 0-100 km/saat sürətlənməni cəmi 5,8 saniyəyə tamamlayır. Yeni 22,68 kVts-lıq batareya 50 kVt-lıq enerji doldurma cihazı vasitəsilə 10%-dən 80%-ə 30 dəqiqəərzində doldurula bilir. Tam hibrid (HEV) versiyası isə daha yüngül və yığcam batareya dəsti sayəsində səmərəliliyi artıraraq 100 km-ə cəmi 5,8 litr yanacaq sərfiyyatı təmin edir. Tam ötürücülü modellərin 2 tona qədər dartma gücünə sahib olması isə “RAV4”ün gücünün əsas göstəricilərindəndir.
Qeyd edək ki, avtomobilin Hibrid versiyası artıq Azərbaycandakı rəsmi Toyota mərkəzlərində (Bakı, Abşeron və Gəncə) satışdadır, Plug-in Hibrid (PHEV) versiyasının isə yaxın zamanda satışa çıxması gözlənilir.

Avtomobil bazarında SON VƏZİYYƏT - VİDEO
Hibrid avtomobillərin yayda yanacaq sərfiyyatının artmasının səbəbi
Mercedes-Benz GLE və E-Class üçün ötənilki şərtlər geri qayıdır
Avtomobilin arxa oturacağında neçə nəfər daşına bilər? - VİDEO
BYD “Volkswagen”in “Şüşə manufaktura”sını alır - VİDEO
“Tesla” 2 modelin istehsalını dayandırdı - FOTOLAR
Yeni “Niva” belə olacaq - FOTOLAR
Ən çox xarab olan avtomobillər – SİYAHI - FOTOLAR
Hər litr yanacağa necə qənaət etmək olar? - Faydalı MƏSLƏHƏTLƏR
Avtomobil istehsalçıları 8 milyard avro itirdi - Artırılmış rüsumlar görə
Azərbaycanda İkinci Dünya müharibəsi zamanı sürücülük imtahanı - FOTOLAR










