Tanınmış təkər istehsalçısına sanksiya tətbiq edildi – BİZƏ TƏSİRİ OLACAQMI?

Avropa İttifaqı Şurası Belarusun tanınmış təkər istehsalçısı “Belşina”ya təkrar sanksiya tətbiq edib.
Avtosfer.az xəbər verir ki, bu barədə Avropa İttifaqının “Rəsmi Qəzet”ində müvafiq məlumat dərc olunub.
Şirkət ilk dəfə sanksiya siyahısına 2021-ci ilin dekabrında salınmışdı. Lakin o vaxt şirkətin vəkilləri 3 illik mübarizədən sonra 2024-cü ilin sonunda Avropa Məhkəməsində qərarı ləğv etdirməyə nail olmuşdular.
Qeyd edək ki, Avropa İttifaqı Şurası Belarusa qarşı sanksiyaları daha 1 il uzadıb. Sanksiya siyahısına bu ölkədən 312 fiziki və 57 hüquqi şəxs daxildir.
Sanksiyanın Azərbaycana təsirinə gəlincə, ölkəmizdə “Belşina”nın təkərləri əsasən kənd təsərrüfatında istifadə edilir. Bu şinləri ölkəyə ayrı-ayrı iş adamları gətirir. Rəsmi Bakı da Belarusa qarşı sanksiyalara qoşulmadığı üçün qərarın Azərbaycan bazarına ciddi təsiri gözlənilmir.
Belarusdan Azərbaycana və əksinə yüklər Rusiya üzərindən daşındığı üçün logistika çətinlikləri də gözlənilmir.
Vüqar Yaşaroğlu
Sürücülər bunu bilmir: 20 manat əlavə ödə, 10 min al
Məşhur bloqer oğurlanan superkarını internetdə gördü - Küçədə "drift" edərmiş
8 min manata “Hyundai”, 14 min manata “Prado”...
Avtomobil saxlamaq bahalaşır – Sürücülərin xərcləri artır
Azərbaycana gətirilən bahalı avtomobillərin sayı artdı - Rəqəmlər
“Mercedes” Almaniyaya investisiya qoyuluşunu dayandırır
Azərbaycanda Çinin seçilən markalarına zəmanət veriləcək
Şinlərin təzyiqi: Əksəriyyətin buraxdığı səhvlər
Bu maşınlar ucuzlaşacaq - YENİ QAYDALAR GƏLİR
Vəsiqəsiz şəxslərə avtomobil verənlərə XƏBƏRDARLIQ - VİDEO
Avropa məhkəməsi "MAZ" və "BELAZ"ın iddiasını rədd etdi












