Təmir gedən bu prospektdə nəfəs almaq olmur – SƏBƏB, VİDEO

Bakının ən əsas yollarından olan Babək prospektində yaşayanlar və iş yeri əraziyə yaxın olanlar toz-torpagın yaratdığı agır ab-havadan əziyyət çəkirlər. İaşə obyektləri isə tozun təsirindən fəaliyyət göstərə bilmir. Avtosfer.az xəbər verir ki, buna səbəb yolda əsaslı təmir işlərinin aparılması zamanı əraziyə suyun səpilməməsidir. Ərazidə bəzən elə toz olur ki, göz-gözü görmür.
Ərazidə yaşayanların sözlərinə görə, isti olmasına baxamayraq toz səbəbindən evlərinin pəncərələrini aça bilmirlər. Xüsuslə küləkli günlərdə toz daha çox olur. Bu yoldan keçən marşrut avtobuslarında da kondisoner olmasa da, toza görə pəncəriləri baglı saxlamaga məcbur olurlar.
Babək prospektinin təmirini həyata keçiriən ''Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin'' sözçüsü Anar Nəcəflinin sözlərinə görə, ərazidə kommunikasiya xətləri çəkildiyindən qazıntı işləri aparılıb və bu da tozun yaranmasına səbəb olur. Problemin aradan qaldırılması üçün iş görülür.
Qeyd edək ki, ümumu uzunlugu 18 kilometr olan ikitərəfli yolda əsaslı təmir işlərinin bu ilin avqust, sentyabr ayında yekunlaşdırılması nəzərdə tutulur.
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO
Uçan maşınlar satışa çıxdı: Qiyməti, sürəti açıqlandı
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı










