“Tesla” ən təhlükəli avtomobil adlandırıldı

ABŞ-da tərtib edilən ölümlə nəticələnən qəzaların yüksək olduğu avtomobil markaları siyahısına “Tesla” başçılıq edir.
Avtosfer.az xarici KİV-ə istinadla bildirir ki, Milli Avtomobil Yolları Hərəkəti Təhlükəsizliyi Administrasiyasının məlumatına görə, 2018-2022-ci illər arasında İlon Maskın elektrik avtomobillərinin qəzaya düşmə ehtimalı digər markalara nisbətən iki dəfə çox olub. Belə bir qəzanın baş vermə ehtimalı 1 milyard kilometrə 2,8-dir.
İkinci yeri Koreyanın “Kia” brendi tutub, onun balı 5,5 olub. Üçüncü yerdə isə 4,8 ehtimalla “Buick” qərarlaşıb.
Araşdırma üçün Fatality Analysis Reporting System (FARS) məlumatı təhlil edilib. Ən azı bir sərnişinin həlak olduğu ölümlə nəticələnən qəzalarda iştirak edən 2018-ci ildən 2022-ci ilə qədər olan avtomobil modelləri nəzərdən keçirilib.
Son 20 ildə avtomobil təhlükəsizliyi əhəmiyyətli dərəcədə yaxşılaşsa da, Yol Təhlükəsizliyi Sığorta İnstitutu qeyd edir ki, ABŞ-da yollarda baş verən qəzaların və ölümlərin sayı son 5 ildə artaraq əvvəlki 12 ili keçib.
Bundan əvvəl Kanadada dörd hindistanlı dost “Tesla” avtomobilində diri-diri yanıb. Ölümlə nəticələnən qəza oktyabrın 24-də baş verib. Elektriklə işləyən avtomobil hasarla toqquşduqdan sonra alovlanıb.
(lent.az)
Rusiyada 30-cu illərə “kişi kimi” qayıdış - FOTOLAR
Bu maşınların təmir xərcləri baha başa gəlir
Sürət limiti olmayan yollar sürət həvəskarları üçün çəkilməyibmiş
Sovet Azərbaycanında avtoxuliqanlar - FOTO - VİDEO
"Mercedes-Benz"in üç seçilən modeli üçün xüsusi imkanlar - FOTO
Bu polis avtomobili həm də həkimlərin işinə yarayır
Azərbaycanda maşınların sayı 2 milyona yaxınlaşıb: Bakı yollarında böhran dərinləşə bilər
"Tesla"nın sükan və pedalsız taksiləri ABŞ hökumətinin diqqətində
Maykl Ceksonun anasının lüks avtomobili hərraca çıxarıldı - FOTOLAR
Bu iki qaydaya əməl etməyən sürücülər qəza şəraiti yaradır – XƏBƏRDARLIQ
Rusiyada yapon avtomobili sevgisi və uğursuz rəsmi təbliğat










