Tesla şirkəti birjadan gedir?

Tesla şirkətinin səhmləri Elon Musk-ın Twitter-dəki yeni postu fonunda 7% yüksəlib. Belə ki, Musk öz Twitter səhifəsində bildirib ki, o, Tesla şirkətini birjadan çıxartmağı və onu özəl etməyi planlaşdırır. Hal hazırda şirkətin bir səhmi 375$ qiymətində satılır. 7 Avqust tarxinin səhəri hərracların startı zamanı şirkətin bir səhminin qiyməti 341.99$ təşkil edirdi. Financial Times saytının Səudiyyə Ərəbistanın 1.7-2.9 milyard dollarlıq investisiyası xəbəri fonunda isə şirkətin səhmləri 358$-a kimi qalxdı. Avtosfer.az technote.az-a istinadən bildirir ki, daha sonra Elon Musk öz Twitter səhifəsində şirkəti özəl etmək və səhmin birini 420$-dan almaq planlarının olduğunu qeyd etdi. Şirkəti birjadan bu cür səhm qiymətinə almaq üçün Musk-a 82 milyard dollar vəsait lazımdır. Növbəti postlarında Musk investorlarla əməkdaşlığın davam edəcəyinə ümid etdiyini qeyd edib. Belə ki, investorlar şirkətə xüsusi fond vasitəsilə yenə də investisiya yatıra bilərlər. Bu cür fond SpaceX şirkətinin daxilində artıq fəaliyyət göstərir. Musk-ın Twitter-dəki aktivliyinə baxmayaraq Tesla şirkəti hələki heç bir rəsmi məlumat verməyib. Bir çox istifadəçilər isə Musk-ın zarafat etdiyini düşünüblər. Musk-ın Twitter-dəki paylaşımlarından bir neçə müddət sonra Tesla şirkətinin saytında Musk tərəfindən göndərilmiş məktub əks olunub. Həmin məktubda qeyd olunub ki, şirkətin birjadan getməsi qərarı hələ tam olaraq dəqiqləşdirilməyib. Lakin o bu cür variantı nəzərdən keçirdir.
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur












