"Tesla"nın satışları doqquz ildən sonra ilk dəfə azalıb

"Tesla"nın illik satışları doqquz ildən sonra ilk dəfə azalıb.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə məlumat şirkətin hesabatında öz əksini tapıb.
Hesabata əsasən, "Tesla" 2024-cü ildə dünya üzrə 1 789 226 avtomobil təhvil verib. Bu, 2023-cü illə (1 808 581 avtomobil) müqayisədə azdır.
Ötən ilin dördüncü rübü çatdırılma həcminə görə rekord olsa da, illik göstəricilərin əhəmiyyətli dərəcədə yaxşılaşdırılması üçün kifayət etməyib.
Şirkətin səhmləri yanvarın 2-də gün ərzində təxminən 6% düşüb, halbuki bundan əvvəl şirkətin baş direktoru İlon Maskın tərəfdarı və müttəfiqi olan Donald Trampın seçkilərdə qələbəsindən sonra kəskin artmışdı.
"Tesla"nın satış həcminin azalması Çin və Avropa istehsalçıları tərəfindən elektrikli avtomobil bazarında rəqabətin güclənməsi ilə əlaqədardır. Belə ki, Çin avtomobil istehsalçısı BYD 2024-cü ildə dünya üzrə avtomobil satışlarında artım nümayiş etdirib.
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA












