Test zamanı avtomobillərin kamuflyaj edilməsinin SƏBƏBLƏRİ

Hərbi xidmətdə olmuş adam üçün kamuflyajın, maskalanmanın əhəmiyyətini izah etmək artıqdır. Ordu sıralarında xidmət etməyənlər də bilir ki, məqsəd düşməni yanıltmaqdır. Bəs sınaq mərhələsində olan avtomobillər, xüsusən də prototiplər nə üçün maskalanır? Axı söhbət mülki texnikadan gedir?
Avtosfer.az xəbər verir ki, test mərhələsində avtomobillərin kamuflyaj edilməsi ötən əsrin 50-ci illərindən başlayıb. Həmin illərdə alman jurnalistlər “Auto, Motor und Sport” jurnalında sınaq mərhələsində olan maşınların gizli fotolarını yayırdılar. Bu da istehsalçıların narazılığına səbəb olurdu. Faktiki informasiya axını baş verirdi.
Bundan sonra prototiplərin maskalanmasına start verildi. Kamuflyajda məqsəd istənilən fotonu jurnalistlər və rəqiblər üçün faydasız etmək idi. İstehsalçılar istəklərinə müəyyən qədər nail oldular.
Böyük avtomobil istehsalçılarının hər birinin xüsusi sınaq poliqonları mövcuddur. Bəs bu halda nə üçün prototiplər yollarda sınanır?
Səbəb budur ki, qapalı məkanlar yolu əvəz etmir. Yolun quruluşu, kələ-kötürlük və digər parametrləri poliqonda yaratmaq çətindir. Şəhər tıxaclarını isə imitasiya etmək mümkün deyil.
Ən əsası isə, avtomobili real iqlim şəraitində yoxlamaq üçün laboratoriyadan kənara çıxmaq zəruridir. Bu gün böyük istehsalçılar maşınları həm Afrikada, həm də Sibirdə yoxlayırlar.
Vüqar
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur












