Təzə avtomobillərin bahalaşmasına daha bir səbəb

Avtomobil sənayesində növbəti çip (yarımkeçirici) böhranı gözlənilir. Artıq 3 böyük istehsalçı (Samsung, SK hynix, Micron) istehsal prosesini süni intellekt əsaslı data mərkəzlərinin tələbatına uyğunlaşdırır.
Avtosfer.az xəbər verir ki, bu səbəbdən digər sənaye sahələrinə çip təchizatı azalır. Bunun əksinə, avtomobillərin yaddaşı da ilbəil artır. 2023-cü ildə avtomobillərin modullarında yaddaşın orta həcmi 90 qiqabayt idisə, indi bu göstərici 3 dəfə artıb.
Çiplərin bahalaşması avtomobil qiymətlərinə də təsirsiz ötüşmür. 16 qiqabaytlıq operativ yaddaş modulunun qiyməti son 3 ildə 110 dolardan 240 dollara qalxıb. Son texnologiyalar isə daha bahadır. Bu da son nəticədə təzə maşınların maya dəyərinin artması ilə nəticələnir.
Bəzi çip istehsalçıları pərakəndə satışı və kiçik müştərilərlə əməliyyatları dayandırıb. Onların əsas alıcıları “Amazon”, “Google”, “Microsoft, “OpenAI” kimi nəhənglərdir. Buna görə də avtomobil sənayesində artıq narahatlıq baş qaldırıb.
Vüqar
Sürücülər bunu bilmir: 20 manat əlavə ödə, 10 min al
Məşhur bloqer oğurlanan superkarını internetdə gördü - Küçədə "drift" edərmiş
8 min manata “Hyundai”, 14 min manata “Prado”...
Avtomobil saxlamaq bahalaşır – Sürücülərin xərcləri artır
Azərbaycana gətirilən bahalı avtomobillərin sayı artdı - Rəqəmlər
“Mercedes” Almaniyaya investisiya qoyuluşunu dayandırır
Azərbaycanda Çinin seçilən markalarına zəmanət veriləcək
Şinlərin təzyiqi: Əksəriyyətin buraxdığı səhvlər
Bu maşınlar ucuzlaşacaq - YENİ QAYDALAR GƏLİR
Vəsiqəsiz şəxslərə avtomobil verənlərə XƏBƏRDARLIQ - VİDEO
Avropa məhkəməsi "MAZ" və "BELAZ"ın iddiasını rədd etdi












